20 Noyabr 2021 00:16
2038
Elm və texnika
A- A+

İlk körpü

 

Hərəkət etdiyimiz yollarda qurulan, yol şəbəkəsini şaxələndirərək müxtəlif hərəkət istiqamətlərini, eləcə də maneələr üzərindən asanlıqla keçmək şəraitini yaradan qurğu körpüdür.

Hazırkı dövrdə kabel, dəmir və betonun birləşməsindən inşa edilən körpülərin yol infrastrukturları üçün əhəmiyyəti danılmazdır. Qədimdə insanlar körpüləri salmaq üçün əlçatan materiallardan - daş və taxtadan istifadə edərək onların toplusu ilə ibtidai formalarını yaradıblar. Lakin bu körpülər yalnız kiçik məsafələri əhatə edəcək potensiala malik olub.

“Ginnesin Rekordlar Kitabı”nda dünyanın ən qədim körpüsünün Türkiyənin İzmir şəhərində yerləşən Karvan körpüsünün olduğu qeyd edilib. Meles çayı üzərində salınan körpü haqqında bir çox şeirlər yazılıb, mahnılar oxunub. Homerin əsərlərində xüsusilə bəhs edilən körpü yüz illər boyu dəvə karvanlarının çay üzərindən rahat hərəkət etməsi üçün tikilib. Meles çayı Homerin doğulduğu yer olmaqla yanaşı, yaradıcılığı ilə bağlı da böyük önəm kəsb edir. Ona görə də şeirlərində bu çay və Karvan körpüsü geniş əks etdirilib.

Roma, Osmanlı və Bizansın istifadə etdiyi bu körpünün ətrafında bir vaxtlar tut, sərv, çinar ağacları boydan-boya düzülmüşdü. Buraya gələn səyahətçilər də mənzərədən həzz almaq üçün onun üstündə dayanır, ətrafa heyranlıqla tamaşa edirdilər. Türkiyə Cümhuriyyəti dövründə körpünün əsl adı unudulub, əvəzində Kəmər körpüsü adlandırılıb. Zaman keçdikcə genişlənən İzmir şəhəri, salınan yeni yollar körpüdən istifadəni azaldaraq onu daha çox tarixi yer kimi qərarlaşdırıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video