16 Oktyabr 2021 00:52
2555
Elm və texnika
A- A+

İlk kimyəvi silah

 

Müharibələrin dəhşətli vasitələrindən biri olan kimyəvi silahlar düşməni öldürmək və ya qarşı tərəfi yararsız hala salmaq üçün zəhərli maddələri özündə cəmləşdirir.

2009-cu ildə ingilis arxeoloqlar tarixdə kimyəvi silahlardan ilk dəfə harada istifadə edildiyini müəyyənləşdiriblər. Bəlli olub ki, kimyəvi silahdan ilk dəfə farslar 256-cı ildə Romanın məşhur “Dura Europos” qalasını mühasirəyə alan zaman romalıları məğlub etmək üçün qatran və kükürdün qarışığı olan zəhərli vasitə kimi istifadə ediblər. Onlar tunellərdəki sobalardan bu kimyəvi maddəni daxil edərək 20 Roma əsgərinin ölümünə səbəb olublar.

Əsrlər boyu kimyəvi silahlar bir çox müharibələrin əvəzsiz seçimi olub. Daha kəskinlərinin hazırlanması üçün olduqca geniş tədqiqatlar aparılıb. Sənayenin inkişafı ilə XIX əsrdə təkcə yeni növ maddələr deyil, hətta onları daha çox miqdarda istehsal etməyin səmərəli yollarını da tapıblar.

Kimyəvi silahlardan ən dəhşətli şəkildə I Dünya müharibəsində istifadə edilmişdi. 1915-ci ildə almanlar məğlubiyyətlə üz-üzə qaldıqlarından Fransa və Əlcəzair əsgərlərinə qalib gəlmək üçün onları 150 tondan çox xlor qazı ilə zəhərləyiblər. Qeydlərə görə, bu, almanların sınağı idi, lakin bundan sonra xardal, fosgen kimi zəhərli qazlardan istifadə edərək 91 min insanın ölümünə imza atmışdılar.

1925-ci ildə imzalanan Cenevrə protokolunda müharibələrdə boğucu, zəhərli qazların və bakterioloji vasitələrin istifadəsinə qadağa qoyulub. Buna baxmayaraq, müasir dövrdə yenə də belə kimyəvi silahlardan amansızlıqla istifadə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video