10:42 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlk dondurma aparatı

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:24 29.08.2021

 

Dünyanın  ilk mexanikləşdirilmiş dondurma aparatı 1840-cı illərdə hazırlanıb.

1843-cü ildə evdar qadın olan Nensi Johnson dondurma istehsalı üçün ilk əl aparatı modelini yaradıb. Bu aparatın hazırlanma texnologiyası dondurmanın daha tez və kütləvi şəkildə istehsalına imkan verib. Onun aparatı əl mikseri prinsipinə əsasən işləyib. 

İngiltərənin London şəhərində dondurma istehsalı ilə maraqlanan ingilis Tomas Masterin daha sonra hazırladığı dondurma aparatı isə fırlanan üçləçəkli qalay küpdən ibarət olub. Masterin aparatı dondurma çala bilməklə yanaşı, onu  soyuda və dondura bilirmiş.

Böyük həcmdə dondurma istehsalı isə yalnız buzun alınmasının saxlanmasının kifayət qədər məhsuldar üsullarının, soyuducu qurğuların, qarışdırıcı doğrayıcı elementli maşınların tətbiqindən sonra mümkün oldu. 1902-ci ildə dondurma üçün soyuducunun ixtira edilməsi bu desertin istehsalını genişləndirməyə imkan verdi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM