29 Avqust 2021 14:17
681
İDMAN
A- A+

İlham Zəkiyev dördüncü Paralimpiya medalını qazanıb

 

İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev Tokio Paralimpiadasında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən paracüdoçumuz Böyük Britaniya təmsilçisi Cek Hoksona qalib gəlsə də, dörddəbir finalda Van-Gen Çoiyə (Koreya Respublikası) məğlub olub. Rəqib finala yüksəldiyi üçün İ.Zəkiyev təsəlliverici görüşə qatılıb. Yamaykalı Teador Subbaya qalib gələn idmançımız bürünc medal uğrunda görüşdə özbəkistanlı Şirin Şaripovla qarşılaşmalı idi. Ancaq rəqib əvvəlki görüşdə qadağan olunmuş fənd işlətdiyi üçün yarışdan kənarlaşdırılıb və İ.Zəkiyev texniki qələbə qazanıb.

İ.Zəkiyev “Afina-2004”, “Pekin-2008” Yay Paralimpiya oyunlarının qalibi, “London-2012”nin bürünc mükafatçısıdır. Paracüdoçu ikiqat dünya və yeddiqat Avropa çempionudur. O, həmçinin "Bakı-2015" ilk Avropa Oyunlarının qızıl medalına sahib olub.

Qeyd edək ki, Azərbaycanın komandasının hesabında 9 qızıl və 2 bürünc medal var.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video