07:39 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin nəhəng enerji layihələri geniş sahələri əhatə edir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:50 27.07.2021

 

Azərbaycanın 1994-cü ildən bəri gerçəkləşdirdiyi qlobal neft-qaz və ixrac layihələrinin hər biri tarixi nailiyyətdir. Bunlardan biri də  Avropanın enerji təhlükəsizliyinə  töhfə verən “Cənub qaz dəhlizi”dir. Təsadüfi deyil ki, bu il iyulun 18-də geniş tərkibdə görüşdən sonra Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransındakı  bəyanatında dövlətimizin başçısı bu layihənin tamamlanmasını  xüsusi qeyd etdi.

Xatırladaq ki,  ötən ilin sonuncu günündə “Cənub qaz dəhlizi”nin  sonuncu - dördüncü seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) istismara verildi. Cari il yanvarın 1-dən indiyədək ölkəmizdən Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.  Avropa bazarına ixrac olunan mavi  yanacağın həcmi  getdikcə artacaq. Çünki  qaz təchizatçısı kimi bizim potensialımız böyükdür. Bu da ixracatçı olaraq  Azərbaycan üçün, eləcə də tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq.  Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni, həqiqətən də, enerji təhlükəsizliyi layihəsinə çevirir.

Prezident İlham Əliyev bu nəhəng layihəni belə xarakterizə etmişdir: “Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Biz Avropa İttifaqı ilə birlikdə uzun illərdir “Cənub qaz dəhlizi” Məşvərət Şurasına sədrlik edirik. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası həmçinin bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir.”

“Cənub qaz dəhlizi” layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Həm də bu, Avropanın enerji təhlükəsizliyinə dəstək verən yeganə layihəmiz deyil. Azərbaycan 15 ildən çoxdur ki, Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ( BTC) əsas ixrac neft kəmərinin tam sistem kimi istifadəyə verilməsinin 15 ili bu il iyulun 13-də artıq tamam oldu. Məlum olduğu kimi, BTC Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan nefti 1768 kilometr məsafə qət edərək  Bakı yaxınlığındakı Səngəçal terminalından  Türkiyənin Ceyhan limanınadək daşıyır. Oradan isə Azərbaycan neftinin dünya bazarlarına yolu başlanır.

Prezident İlham Əliyev bu il iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olandan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə də enerji layihələrinin əhəmiyyətindən, o cümlədən onların Avropa İttifaqı ilə  əməkdaşlıqda önəm daşıdıqlarından bəhs etmişdir. Bu layihələrin  əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulamışdır: “İllər keçdikcə əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. Əgər ilkin mərhələdə daha çox enerji məsələləri gündəlikdə idisə, bu gün biz bunları həll etmişik. “Cənub qaz dəhlizi”ni həll etmişik, Azərbaycanın təşəbbüsü ilə inşa etmişik. Avropa İttifaqı da burada öz müsbət rolunu oynamışdır. Çünki “Cənub qaz dəhlizi”nin Məşvərət Şurasının sədri Azərbaycan və Avropa İttifaqıdır. Onu da bildirməliyəm ki, Məşvərət Şurasının keçirilməsi təşəbbüsünü də mən irəli sürmüşdüm. Avropa İttifaqına təklif etmişdim, onlar da müsbət qarşıladılar. Hər il Məşvərət Şurası böyük səmərə ilə keçirilir.”

“Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan olduğunu bütün dünya bilir və etiraf edir. Layihəni daim irəliyə aparan dövlət başçısının inamı, yaratdığı  əməkdaşlıq platforması, hədəfləri  düzgün müəyyən etməsi, strategiyanı dəqiq seçməsi olub. Əlbəttə, burada heç bir şərhə  ehtiyac yoxdur. Bununla belə,  xatırlatmaq yerinə düşər ki, 2015-2020-ci illərdə  hər il bir dəfə olmaqla keçirilən “Cənub qaz dəhlizi” Məşvərət Şurasının 6 toplantısının hamısına Azərbaycan evsahibliyi edib. Yalnız sonuncu, 7-ci iclas pandemiya səbəbindən videokonfrans şəklində keçirilib. Bunun özü də  layihədə Azərbaycanın liderliyini təsdiqləyən  faktdır.

Məşvərət Şurası bu layihənin inkişaf etdirilməsində mühüm rol oynayıb. Layihə artıq tamamlandığından şuranın fevralın 11-də keçirilən builki iclası xüsusilə əhəmiyyətli idi.

Prezidentin qeyd etdiyi kimi, enerji məsələlərindən başlanan fəal əməkdaşlıq  indi daha geniş sahələri əhatə edir.

 

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM