18 Sentyabr 2021 00:31
1736
SİYASƏT
A- A+

İlham Əliyevin Müzəffər Ordusu düşmənə gözdağıdır

 

Birgə təlimlər Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü daha da artırır

 

Vətən müharibəsindəki şanlı qələbədən sonra dünya Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu. Bir daha bəlli oldu ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 18 ildə dünyanın ən güclü ordularından birini formalaşdırıb.

Lakin buna baxmayaraq, bu gün də ordumuzun beynəlxalq standartlara uyğun daha da gücləndirilməsi, modernləşdirilməsi prioritet olaraq qalır. Ordumuzun bütün bölmələrində hərbçilər üçün yüksək sosial-məişət şəraiti yaradılır, arsenalımız ən müasir silah və texnikalarla təchiz edilir. Bütün hərbi hissələr yüksək standartlara cavab verir. Hərbi qulluqçuların ərzaq, qida, geyim təminatı da lazımi səviyyədədir. Bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da yüksəkdir. Yaradılan bu imkanlar isə döyüş hazırlığının yüksək səviyyədə təmin olunmasına birbaşa təsir edən amillərdir.

Şəxsi heyətin döyüş vərdişlərinin artırılması mühüm əhəmiyyətə malikdir. Bunun əsasında təlimlər, məşğələlər dayanır. Müntəzəm olaraq hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi, yüksək mənəvi-psixoloji durumu şəxsi heyətin istənilən coğrafi və təbii şəraitdə xidmətə hazırlanmasına yardımçı olur.

2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi isə hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də iki ölkənin ordusunun iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır.

İki qardaş ölkə arasında bağlanan hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, hazırda həm Türkiyədə, həm də ölkəmizdə təlimlər keçirilir. İki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri və işğaldan azad edilmiş Laçın rayonunda birgə döyüş atışlı taktiki təlimləri bunun əyani təsdiqidir.

Ötən həftə isə Bakıda daha bir tarixi hadisə yaşandı. İlk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə başlayan “Üç qardaş - 2021” beynəlxalq təlimi isə dünyanın diqqətini bir daha ölkəmizə yönəltdi.

Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

Sentyabrın 12-də keçirilən təlimlərin açılış mərasimində Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev çıxış edərək bildirdi ki, bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

“Üç qardaş-2021” beynəlxalq təlimləri də bunun tərkib hissəsidir. Bu təlimlər hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcək.

Qeyd edilib ki, xalqlarımız və ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxır, beynəlxalq siyasi dəyişikliklərin güclü küləkləri bütün dünyanı bürüsə də, bu üç qardaş etibarlı regional tərəfdaş və əməkdaş olaraq daha da yaxınlaşır.

“Üç qardaş-2021” beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqları inkişaf etdirməyə imkan yaradacaq.

Sentyabrın 20-dək davam edəcək təlimlərdə xüsusi təyinatlılar şərti düşmənin arxasına quru, hava, su yolu ilə keçid, pusqu, basqın, eləcə də amfibiya və hava desant hazırlığı üzrə məşğələlərdə səmərəli təcrübə mübadiləsi etməklə yanaşı, həm də qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

Bütün bunlar ilk növbədə Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir. Əgər Azərbaycanın güclü ordusu və hərbi potensialı olmasaydı, təbii ki, bu cür təlimlər də baş tutmazdı. Gündən-günə müasir tələblərə cavab verən şəxsi heyətin formalaşması, döyüş meydanında praktiki vərdişlərin təkmilləşdirilməsi üçün keçirilən təlimlər ordumuzun gücünə güc qatır. Qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən asanlıqla gələn belə güclü və müasir ordumuzun olduğunu görmək insanı qürurlandırır.

Əminliklə söyləmək olar ki, bu gün Ali Baş Komandan İlham Əliyevin yaratdığı Müzəffər Ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. 44 günlük Vətən müharibəsindəki zəfər bunun bariz təcəssümüdür.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video