05:26 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyevin BMT zəfəri
ANA SƏHİFƏ / SİYASƏT
01:12 24.10.2018

Azərbaycanın 7 il öncə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi Prezidentin möhtəşəm diplomatik qələbəsi oldu


Tariximizə yüksəliş və sürətli inkişaf dövrü kimi yazılan son 15 ildə Azərbaycan həm də mühüm diplomatik uğurlara imza atıb. Düz 7 il əvvəl bunların sırasına növbəti möhtəşəm hadisə əlavə olundu. 2011-ci il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi.


155 ölkədən dəstək


Bu gün Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən 7 il ötür. Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə təsadüf etdiyi üçün bu möhtəşəm hadisə cəmiyyətimizin xoş ovqatını daha da rövnəqləndirdi. Bəyanat verərək xalqımızı təbrik edən Prezident İlham Əliyev Azərbaycanın BMT TŞ-yə üzv seçilməsini tarixi nailiyyət kimi qiymətləndirdi: "Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib”.
Xatırladaq ki, Şərqi Avropa regionundan BMT TŞ-yə yeni üzvün seçilməsi üçün səsvermə bir neçə gün əvvəldən başlamışdı. Bu yerə Azərbaycanla yanaşı Sloveniya və Macarıstan da iddialı idilər. Səsvermənin ilk mərhələsində Macarıstan az səs toplayaraq mübarizədən kənarlaşmışdı. Sonrakı səsvermələrdə mübarizə Azərbaycanla Sloveniya arasında getdi və respublikamız inamla irəliləyərək lehinə olan səsləri artırdı. Səsvermənin 16-cı mərhələsindən sonra Sloveniya tərəfi Azərbaycanın üstünlüyünü görərək mübarizədən geri çəkildi. Beləliklə, səsvermənin 17-ci raundundan sonra Azərbaycan qalib çıxaraq BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvü seçildi. Bu mərhələdə respublikamızı ümumilikdə 155 ölkə dəstəkləmişdi.


Azərbaycanın yüksək beynəlxalq nüfuzu


BMT TŞ-yə üzvlüyün təyinatla və ya növbəlilik prinsipi əsasında deyil, məhz səsvermə yolu ilə mümkün olduğunu da nəzərə alsaq, bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin etimadının nə dərəcədə yüksək olduğunu görmək olar. BMT üzvü olan digər ölkələr bu qədər səs ala bilmədikləri halda Azərbaycan səsvermənin ilkin mərhələlərindən faktiki olaraq dünyanın bütün bölgələrinin etimadını qazandığını ortaya qoydu.
BMT TŞ-yə keçirilən səsvermədə Azərbaycana səs verənlər sadəcə Cənubi Qafqazın sıradan bir ölkəsinin deyil, beynəlxalq miqyasda özünün müsbət imici ilə tanınan, bütün dünyada hər bir sahə üzrə ciddi nüfuz qazanan bir respublikanın namizədliyini dəstəkləmiş oldular. Bu səsvermə nəticəsində BMT Təhlükəsizlik Şurasına seçilmək Azərbaycanın dünyadakı nüfuzunun göstəricisi, beynəlxalq aləmdə ciddi və etibarlı bir ölkə olduğunu nümayiş etdirdi.
Lakin Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi ilk növbədə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisi idi. Ölkəmizin bu qələbəsini məhz Prezident İlham Əliyev təmin etdi. Beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, əks mövqelər hazırlamaq, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsinin, mövqeyinin, siyasi dəst-xəttinin nəticələridir. Ona görə Azərbaycanın bu posta seçilməsi Prezident İlham Əliyevin apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi sonluğu idi.


BMT TŞ-yə nümunəvi sədrlik


2012-ci ilin yanvarından Azərbaycan BMT TŞ-də səlahiyyətlərinin icrasına başladı. 2012-ci ilin may ayında isə bu quruma sədrlik etdi. BMT TŞ-yə üzv qəbul olunması və dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında TŞ-nin iclasının keçirilməsi ölkəmizin diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artmasının, dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunmasının, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsinin göstəricisi idi.
Azərbaycanın BMT TŞ-də ilk sədrliyi uğurla başa çatdı. TŞ-də ilk sədrlik Azərbaycan üçün böyük sınaq olsa da, ölkəmiz bütün vəzifələrin öhdəsindən layiqincə gəldi. Ən əsası, ölkəmizin TŞ-yə ilk sədrliyi göstərdi ki, Azərbaycanın mövqeyi ilə hər kəs hesablaşır. 2013-cü ilin oktyabr ayında Azərbaycan BMT TŞ-də ikinci müddətə sədrlik etdi.
Azərbaycan BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdi. Ölkəmiz beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı, TŞ-yə sədrliyi zamanı sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirdi. Digər tərəfdən, Azərbaycanın BMT TŞ-də fəaliyyəti ərzində diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi. Terrordan və işğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxladı.
7 il əvvəl ölkəmizin BMT TŞ-yə üzv qəbul olunması mühüm tarixi hadisə idi. Çünki Azərbaycan müstəqilliyinin cəmi 20-ci ilində artıq dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrildi. Bu möhtəşəm hadisə Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, regionun lider dövləti statusunu daha da möhkəmləndirdi. Bu həm də onu göstərdi ki, siyasi iradə və əzm olan yerdə istənilən hədəfə çatmaq olar. Bütövlükdə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzvlüyünü layiqincə başa vurdu, üzərinə düşən missiyanı uğurla yerinə yetirdi. Bizim üçün qürurverici məsələ həm də ondan ibarətdir ki, BMT TŞ-yə üzv olmaq istəyən dövlətlər Azərbaycanın bu istiqamətdəki fəaliyyətini örnək kimi qəbul edirlər.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM