İlham Əliyevin antiböhran strategiyası effektiv nəticə verir
Azərbaycan iqtisadiyyatın tənəzzülü fonunda heç bir maliyyə qurumundan dəstək almadan qlobal böhranla öz gücünə mübarizə aparır
2020-ci il dünya iqtisadiyyatının ciddi tənəzzül ili kimi tarixə düşdü. Çünki qlobal pandemiya təhlükəsinin ortaya çıxması dünya iqtisadiyyatını adət edilməmiş vəziyyətlərlə üz-üzə qoydu. Beynəlxalq ticari əlaqələr dayandı, logistika fəaliyyətlərində məhdudiyyətlər meydana çıxdı, demək olar bütün ölkələrdə turizm sektoru çöküş dövrünə qədəm qoydu, hava, quru yollarının bağlanması biznes əlaqələrini qopmuş vəziyyətə gətirdi. İqtisadiyyat qeyri-müəyyən müddətdə iflic duruma düşdüyü üçün mütəxəssislər 2020-ci ili "itirilmiş il” adlandırırlar.
Dünyanın əksər ölkələrində getdikcə iqtisadi tənəzzül dərinləşir
Qlobal böhranın getdikcə daha da dərinləşməsi postpandemiya dövründə ölkələrin iqtisadi durumunun kifayət qədər gərginləşəcəyini deməyə əsas verir. Beynəlxalq Valyuta Fondunun yaydığı məlumatda da qeyd edilir ki, dünya iqtisadiyyatı gözlənildiyindən daha ləng bərpa olunur və dərin qeyri-müəyyənlik hökm sürür. Pandemiyanın yaratdığı iqtisadi şoklar fonunda bu il dünya iqtisadiyyatının 5 faiz azalacağı qeyd edilir.
Göründüyü kimi, bəşəriyyəti çətin sınaq qarşısında qoyan pandemiya makroiqtisadi siyasətdən tutmuş qlobal ticarətədək bütün sahələrə mənfi təsirini göstərməklə böyük problemlər yaradır.
Bu günlərdə "Pacific Investment Management”in qlobal iqtisadiyyat üzrə müşaviri İoaxim Fels bildirib ki, tezliklə dünyanın əksər ölkələrində tənəzzül başlayacaq: "İnkişaf etmiş ölkələrin hökumətləri pandemiya dövründə iqtisadiyyatı mümkün qədər normal vəziyyətə gətirmək üçün trilyonlarla dollar xərclədilər. Bunun sayəsində avqust ayında ABŞ-da işsizlik kəskin şəkildə azaldı və mənzil bazarındakı vəziyyət yaxşılaşdı”. Müşavir əlavə edib ki, xərclənən vəsaitlər hesabına Çin iqtisadiyyatı bərpa olundu, Almaniyada istehsal artdı. Ancaq proqnozlara görə, ilin sonunadək bu mövqeyi qoruyub saxlamaq asan olmayacaq.
Bütün ölkələrdə iqtisadiyyatı stimullaşdırmaq üçün səylərin artırılması tələb ediləcək.
Bu cür vəziyyətin nə qədər davam edəcəyini proqnoz etmək mümkün deyil. Ona görə də hesab edilir ki, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı qeyri-müəyyənlik dünya ölkələrində iqtisadi tənəzzülü davamlı edəcək.
Son statistik göstəricilərə nəzər yetirsək görərik ki, qlobal böhran səbəbindən ABŞ iqtisadiyyatı 31,7 faiz, Böyük Britaniya - 24, İspaniya - 22,1, Fransa - 19,2, Türkiyə - 9,9, Rusiya iqtisadiyyatı isə 8,5 faiz azalıb.
İqtisadçılar hesab edirlər ki, bu, son 10 ildə ilk belə hadisədir. Göründüyü kimi, həm ABŞ-da, həm də Avropanın bir sıra digər ölkələrində iqtisadiyyatda geriləmə ikirəqəmli həddədir.
Azərbaycan iqtisadiyyatı - 7 ayda cəmi 2,8 faiz azalma
Əlbəttə, qlobal iqtisadiyyat elə quruluşa malikdir ki, bütün ölkələr bir-biri ilə zəncirvari əlaqədədir. O səbəbdən də digər ölkələr kimi, Azərbaycan iqtisadiyyatında da azalma labüd idi. Ancaq Avropa dövlətlərindən fərqli olaraq ölkəmizdə iqtisadi tənəzzül çox aşağı səviyyədədir - 2,8 faiz.
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı zamanı Prezident İlham Əliyev də bu məsələyə toxunaraq vurğuladı ki, pandemiya ilə mübarizə tədbirləri ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Ancaq başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə vəziyyət daha yaxşıdır: "Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq, bu, yaxşı göstəricidir”.
Təbii ki, pandemiya şəraitində mövcud iqtisadi azalma məqbul hesab olunur. İqtisadi azalmanın optimallaşdırılması postpandemiya dövründə yenidən iqtisadi aktivlər əldə edilməsinə yönəldilib.
Hər zaman vətəndaş rifahını, insan sağlamlığını ən önəmli məsələ kimi nəzərdə tutan cənab İlham Əliyev pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi siyasətini davam etdirir. Azərbaycan heç bir maliyyə qurumundan dəstək almadan qlobal böhranla öz gücünə mübarizə aparır.
Dünyada geoiqtisadi risklərin yüksəlməsi və problemlərin dərinləşməsi, neftin qiymətindəki qeyri-sabitlik fonunda Azərbaycan iqtisadiyyatının böyük dövlətlərə nisbətən az geriləməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir.
Azərbaycan iqtisadiyyatı qarşısında duran iki əsas çağırış
Azərbaycanın iqtisadi qüdrəti dövlətin istənilən böhranla mübarizə aparmasına əlverişli imkan yaradır. Əgər belə olmasaydı, digər ölkələr kimi, Azərbaycan iqtisadiyyatı da tamam çökmüş durumda olardı. Lakin Azərbaycan pandemiya şəraitində öz resursları hesabına və xaricdən dəstək olmadan böhranı idarə edir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın sınaqlara və çətinliklərə sinə gərməsi, əlbəttə ki, cənab İlham Əliyevin rəhbərliyi ilə gücləndirilmiş milli iqtisadiyyatın imkanlarına əsaslanır.
Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında iki əsas çağırış var - pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması və milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı.
Ölkədə həyata keçirilən antiböhran tədbirləri, koronavirusa qarşı mübarizədə müsbət dinamikanın əldə edilməsi təsdiq edir ki, cənab İlham Əliyev pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması sahəsində sistemli siyasət həyata keçirir. Paralel olaraq milli iqtisadiyyatın postpandemiya dövründə inkişafına dair hazırlıqlar görülür. İqtisadiyyatın liberallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və digər islahatlar bunu deməyə əsas yaradır.
Bir sözlə, bir tərəfdən, dövlət antiböhran tədbirləri həyata keçirməklə pandemiyanın sosial-iqtisadi təsirlərini minimuma endirir, digər tərəfdən də, postpandemiya gündəliyini formalaşdırır.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
29 Mart
Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq
29 Mart
Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır
29 Mart
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
29 Mart
ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb
29 Mart
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb
29 Mart
Paşinyan separatçıları hədələdi
29 Mart
Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi
29 Mart
İçdiyi hərbi anda sadiq qaldı
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!