02:55 18 May 2021
ONLINE XƏBƏR LENTİ
00:45 18.05.2021

Qarabağın MEHMANDARLARI


00:33 18.05.2021

Qarabağın zirvə tacı


00:32 18.05.2021

Şuşa, sən azadsan!


00:31 18.05.2021

Şuşanın Bülbülü…


00:29 18.05.2021

BİLDİRİŞ


00:28 18.05.2021

BİLDİRİŞ


00:27 18.05.2021

BİLDİRİŞ


00:26 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyev qətiyyətinin təntənəsi

ANA SƏHİFƏ / SİYASƏT
01:08 29.01.2021

 

Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman ordumuz cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu, tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atdı.

 

Müharibə Azərbaycan xalqının əyilməz olduğunu göstərdi

 

Xalqımız müharibə başlayandan yumruq kimi bir oldu, vətən torpaqlarının azadlığı uğundu ayağa qalxdı. İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. 44 gün ərzində bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi.

Qələbəmizin müəllifi olan İlham Əliyevin erməni işğalçılığına qarşı mübarizəsi respublikamıza rəhbərliyinin ilk günündən başlamışdı. “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” deyə İlham Əliyev hələ Prezident kimi fəaliyyətə başladığı 2003-cü ildə andiçmə mərasimində bildirmişdi.

Bu illər ərzində İlham Əliyev danışıqlar prosesində və bütün beynəlxalq tribunalardan Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etdi. Nəticədə 17 ildə Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşasına nail olundu, diplomatik sferada üstünlük əldə edildi. Ötən müddətdə İlham Əliyev Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini qətiyyətlə bütün dünyaya çatdırdı.

İlham Əliyevin ordu quruculuğu ilə bağlı gördüyü işlərin məqsədi də aydın idi. Silahlı Qüvvələrimizin modernləşdirilməsi, Azərbaycan əsgərinin döyüş imkanlarının ən müasir səviyyəyə çatdırılması, yalnız bir amala - torpaqlarımızın azad olunmasına xidmət edirdi. Prezident çıxışlarında dəfələrlə birmənalı şəkildə bəyan edirdi ki, danışıqlar prosesi nəticəsiz qalarsa, işğal altında olan torpaqlarımız güc yolu ilə azad olunacaq.

2017-ci il iyunun 14-də Cocuq Mərcanlıda olarkən Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağının dalğalanacağını qeyd edən Prezident “Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq” deyə bildirmişdi.

Beləliklə, Vətən müharibəsi Dağlıq Qarabağ məsələsi ilə bağlı Prezident İlham Əliyevin qətiyyətinin, siyasi uzaqgörənliyinin, verdiyi vədlərin təntənəsi və təcəssümü oldu. Bu günlərdə Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edən İlham Əliyev bu barədə danışaraq dedi: “Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə demişdim, biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı”.

 

Ali Baş Komandan tariximizi xəyanətkarların vurduğu qara ləkələrdən təmizlədi

 

Bu müharibədə milli maraqları hər şeydən uca tutan siyasi partiyalar da Ali Baş Komandana dəstəklərini ifadə etdilər. Lakin müharibənin xalqımızın qələbəsi ilə başa çatmasından sonra da özünü müxalifətçi hesab edən şəxslər Azərbaycanın uğuruna kölgə salmaq yolu tutublar. Böyük zəfəri paylaşmaq, bölüşmək əvəzinə onlar yenə də köhnə xislətlərinə sadiq qalaraq bu qələbəyə qara yaxmağa çalışırlar. Bu həmin şəxslərdir ki, vaxtilə torpaqlarımız onların təmsil olunduqları hakimiyyətin xəyanəti nəticəsində işğal edilmişdi. Onlar hakimiyyət davasına çıxaraq Şuşanın, Laçının işğal edilməsinə səbəb olmuşdular. “Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, ovaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi” deyə Prezident İlham Əliyev bildirib.

Bəli, Şuşanın, Laçının işğalı təxribatın, xəyanətin nəticəsi idi. Təsadüfi deyil ki, xəyanətin səbəbkarı olan AXC-Müsavat cütlüyü həmin vaxt çevriliş edərək hakimiyyəti ələ keçirmişdi. Daha sonra məhz onların hakimiyyətinin xəyanətkar və naşı siyasəti, bais olduqları siyasi böhran nəticəsində digər rayonlarımız da işğal edilmişdi.

İlham Əliyev onların işğala səbəb olduqları rayonlarımızı, şəhərlərimizi azad etdi. Tariximizi həmin xəyanətkarların vurduğu qara ləkələrdən təmizlədi. İlham Əliyev AXC-Müsavat cütlüyünün bais olduğu məğlubiyyət damğasını xalqımızın üzərindən götürdü.

 

Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq

 

Bütövlükdə Vətən müharibəsinin özü ilə yanaşı, hər bir şəhər və kəndimizin işğaldan azad edilməsi ayrıca qəhrəmanlıq səhifəsidir. Bu səhifəni Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu yazdı. Onların arasında Şuşanın azad edilməsinin xüsusi yeri var.

Prezident İlham Əliyev müharibə günlərində - oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı jurnalistin sualını cavablandırarkən “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. İlham Əliyev bu cavabla mütləq Şuşanın işğaldan azad olunacağını xalqa çatdırmışdı. Qarabağı Şuşasız təsəvvür etmək mümkün deyil. Şuşa tək milli mədəniyyətimizin deyil, həm də milli qürurumuzun məbədidir və şanlı Azərbaycan Ordusu onu mütləq işğaldan azad etməliydi. Ona görə ordumuz şəhər və kəndlərimizi azad etdikcə nəzərlər Şuşaya yönəlmişdi, hər bir azərbaycanlı doğma şəhərimizin işğaldan azad olunması müjdəsini səbirsizliklə gözləyirdi.

Noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın azad olunması müjdəsini xalqımıza çatdırması Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılandı. Şuşanın azad olunduğu gün tariximizə Zəfər Günü kimi həkk olundu. Qəhrəman əsgərlərimizin Şuşanı azad etməsi həm də Vətən müharibəsinin ən unikal hərbi əməliyyatı kimi tarixə düşdü. “Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub” deyə İlham Əliyev bildirib.

 

Şuşa qısa zamanda dirçələcək, tarixi şöhrətini bərpa edəcək

 

İşğal dövründə Şuşa düşmən qarşısında sınmadı, əyilmədi. Ermənistan nə qədər çalışsa da, Azərbaycanın bu şəhərini erməniləşdirə bilmədi. Çünki hər küçəsində, hər abidəsində yalnız Azərbaycan xalqının mədəniyyətinin, milli dəyərlərinin, ulu tarixinin silinməz izi var. Şuşanın hər bir daşı xalqımızın mənəvi sərvətidir və onu tarixdən silmək mümkün deyil.

Ermənistan işğal dövründə nə qədər cəhd etsə də, Şuşanı məskunlaşdıra bilməyib və şəhərdə əsasən hərbçilər yaşayıblar. Erməni diasporunun hesabına nə qədər layihələr həyata keçirilsə də, işğalçılar Şuşanı turizm məkanına çevirə bilməyiblər. Fransadan və digər ölkələrdən nümayəndə heyətləri gəlsə də, hər il müxtəlif idman yarışları keçirilsə də, ermənilər Şuşa ilə bağlı hədəflərinə çata bilməyiblər. Çünki Şuşa heç vaxt yadları qəbul etməyəcəkdi.

Artıq Şuşa azaddır, onun tarixi sahibi geri qayıdıb. Şəhərin bərpası və yenidən qurulması Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Cənab İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Dövlət başçısı şəhərin bərpası ilə bağlı tapşırıqlarını verib. Bütün işlər planlı şəkildə aparılmalı və Şuşanın tarixi siması saxlanılmalıdır. Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz.

İşğal dövründə düşmənə boyun əyməyən Şuşa Prezident İlham Əliyevin xüsusi diqqəti ilə qısa zamanda dirçələcək. Qədim yurd yerimiz olan bu şəhər tarixi şöhrətini ən yüksək səviyyədə bərpa edəcək, Azərbaycan xalqının milli mədəniyyətinin məbədi kimi regionun və dünyanın ən möhtəşəm mədəni mərkəzlərindən birinə çevriləcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM