22 Aprel 2021 00:49
1681
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV: “Qarabağda işlər necə gedir?”

 

Qarabağı azad edən Lider onu həm də cənnətə çevirəcəkdir!

 

Bu gün Azərbaycanda (bəlkə də dünyada) ən sıx, ən gərgin, çoxtərəfli qrafiklə işləyən dövlət başçısı cənab İlham Əliyevdir!

Bu, mübaliğə deyil!

Diqqətlə baxdıqda və dərindən maraqlandıqda bunu hər birimiz aydın görə bilərik.

Prezident cari məsələlərlə məşğul olur, qonaqları qəbul edir, onlayn və canlı görüşlər, konfranslar keçirir, açılışlar edir, kadr məsələlərinə vaxt ayırır, pandemiya tədbirlərini diqqətdə saxlayır, fərmanlar, sərəncamlar imzalayır, hələ kənardan görünməyən nə qədər məsələlərin və problemlərin yoluna qoyulmasında zəhmət çəkib vaxt sərf edir...

Ali Baş Komandan kimi çox ciddi, həm də məxfi xarakterli işlər görür və s.

Daxili və xarici siyasət məsələlərində dövlət maraqlarının birmənalı şəkildə qorunması ilə bahəm, Qarabağın dirçəldilməsi də ön mövqedə saxlanılır.

Bir neçə gün əvvəl yeni elektrik yarımstansiyasının açılışında dövlət başçısının “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevə ünvanladığı “Qarabağda işlər necə gedir?” sualı diqqət çəkdi.

Əslində, bu sualı verməklə Prezident İlham Əliyev Qarabağda gedən işləri daim diqqətində saxladığını vurğulayırdı!

Bəli, Qarabağda işlərin necə getdiyini hər bir Azərbaycan vətəndaşı daim diqqətlə, həyəcanla izləyir, onun tezliklə başa çatmasını arzulayır!

Azərbaycanın dostlarının və hətta bizə dost münasibəti bəsləməyənlərin də bir gözü Qarabağdadır!

Dostlar xoş arzu və niyyətlərlə, düşmənlər paxıllıq və həsədlə!

“Məcburi köçkün” adını “itirənlər” isə tezliklə doğma yurda qayıtmaq, isti yuva qurmaq intizarındadırlar!

Qarabağ torpağını düşmən işğalından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev “Qarabağı dirçəldərək cənnətə çevirəcəyik!” vədini verib!

Hamımız gözəl bilirik ki, bu belə də olacaqdır!

Prezidentimiz deyibsə, hökmən edəcəkdir!

Doğrudan da, Qarabağda işlər necə gedir?

Bakıdan Qarabağa baxanda, nə görürük?

***

İlham Əliyev dəmir yumruğu ilə möcüzə yaradaraq otuz il işğalda qalan torpaqları 44 gündə azad etdi!

İlham Əliyev düşmən ordusunu məhv etdi, düşmənin belini qırdı.

Əgər Rusiya araya girib ermənini əlimizdən almasaydı, nəfəsini tamamilə kəsəcəkdik!

Sonradan üstümüzə göndərdiyi təxribatçı-diversant dəstəsini də zərərsizləşdirərək həbsxanaya atmışıq. İndi ona-buna yalvara-yalvara qalıblar!

Bəli, artıq, sözün həqiqi mənasında, Qarabağ Azərbaycandır!

Qarabağ bizimdir və əbədi bizim olacaqdır!

Daha “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” yoxdur!

Daha “dağlıq” və “aran” Qarabağ yoxdur, vahid Qarabağdır!

Əlbəttə, Qarabağla bağlı gizli niyyətlər, boş xülyalar, qara planlar da mövcuddur!

Məsələn:

* Ermənistandakılar qisas istəyilə alışıb yanırlar;

Xankəndini su yoluna döndərməklə niyyətlərindən əl çəkmədiklərini göstərir, beli sınmış ordularını yenidən ayağa qaldırmağa çalışırlar. Hətta orduda xidmətin yaş həddini artırmaqla qocalar hesabına onu birtəhər komplektləşdirməyə can atırlar...

Amma ...

Unutmasınlar ki, dəmir yumruq hər an hazır vəziyyətdədir!

Bu dəfə heç kəs onları əlimizdən ala bilməyəcəkdir!

* Rusiya sülhməramlıları yalnız erməniləri geriyə qaytarmaq, onlara xidmət göstərmək, Laçın dəhlizi ilə gələn əcnəbi qonaqlarını və Ermənistan rəsmilərini qarşılayıb yola salmaqla məşğuldurlar. Hələ ki, bir nəfər də azərbaycanlı məcburi köçkün onların köməyi ilə Xocalıya, Xankəndiyə qaytarılmayıb, Ermənistandan minalanmış ərazilərin xəritəsi alınıb bizə verilməyib, 10 noyabr Bəyanatının sülhməramlılarla bağlı bəzi bəndləri havada qalıb!

Amma...

Biz I Qarabağ müharibəsindən əvvəl münaqişənin necə başlanmasını, necə inkişaf etdirilməsini unutmamışıq!

Xüsusi idarəetmə komitəsinin necə “fəaliyyət göstərməsi” də yaxşı yadımızdadır!

Ən əsası Azərbaycan doxsanıncı illərin rəhbərsiz, ordusuz, xaos bataqlığında boğulan Azərbaycanı deyil!

Azərbaycanın qüdrətli rəhbəri və sərkərdəsi, güclü iqtisadiyyatı, qalib və mükəmməl ordusu, Türkiyə kimi dostu və qardaşı var!

* ATƏT-in Minsk qrupu yenidən “nizam

lama” missiyasına qayıtmaq istəyir. Müxtəlif səfərlər edir, bəyanatlar, açıqlamalar verir. Hətta onun keçmiş həmsədrlərindən biri olan Oqland necə fəaliyyət göstərdikləri barədə ABŞ KİV-ində çıxış da etmişdi…

Amma…

ATƏT-in necə səmərəsiz, boş və mənasız işləməsini, necə qeyri – obyektiv mövqe sərgiləməsini, bizə hansı reallıqla hesablaşmağımızı tövsiyə etməsini yaddan çıxarmamışıq!

Bir də əgər münaqişə yoxdursa, ATƏT nəyi çözəcək?

Qoy əvvəlcə ermənilərin başına ağıl qoyaraq onlara yeni reallıqla hesablaşmalı olduqlarını izah etsin, bacarırsa, mina xəritələrini alıb gətirsin, bu dəfə azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına kömək göstərsin.

Sülhü belə yaratsın!

* Dünya erməniliyi hələ də saxta soyqırımı iddiasından əl çəkməyib və növbəti dəfə 24 apreli gözləyir. Gözləyə-gözləyə özlərinin törətdikləri Xocalı soyqırımını da xatırlasınlar. Ermənistandan qaçan ermənilərin, illər boyu göndərdikləri pulların Ermənistanın başçıları tərəfindən mənimsənilməsinin dərdini çəksinlər.

Amma...

II Qarabağ müharibəsində İlham Əliyevin dünya erməniliyinə də qalib gəlməsinin xəcalətini də çəksinlər. Özləri ABŞ-da, Fransada, Rusiyada şellənərək ağılsız millətlərini Qarabağda qırğına verməsinlər. Cırtdan Ermənistanın nəhəng Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddiasının gülünclüyünü və mənasızlığını da dərk etsinlər.

Sonda daha bir xatırlatma:

Suda boğulmuş, yaxud qəza nəticəsində ürəyi dayanmış adamın ağzına üfürməklə ürəyini təzədən işə salmaq mümkün olur!

Erməninin xəstəliyi xronikidir, sağalmazdır!

O, “böyük Ermənistan” xülyasından, faşist mərəzindən canını tapşırıb.

Ağzına üfürməklə nə ordusunu, nə də özünü diriltmək mümkün deyil!

Ağlınızı başınıza yığın!

Dəmir yumruğun mövcudluğunu da heç zaman yaddan çıxarmayın!

***

Bu gün Qarabağda o qədər geniş, vüsətli və planlı qaydada işlər gedir ki, geniş danışsan, bir kitab olar!

Əvvəlcə qısa şəkildə xatırladaq.

Bu gün Qarabağda nəyin, nə vaxt və kim tərəfindən icra ediləcəyi dəqiqləşib.

Torpaqların minalardan təmizlənməsi müəyyən qədər əngəl yaratsa da, iş elə qurulub ki, boşdayanma, gözləmə halları yoxdur!

Prezident tapşırıqları ardıcıllıqla, yubanmadan yerinə yetirilir:

* Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası başa çatmaqdadır;

* Azad olunmuş ərazilərə qayıtmış sərhəd xidməti yeni tikilən binalarda yerləşdirilir, xidmətlərini sayıqlıqla davam etdirirlər;

* Yeni hərbi şəhərciklər yaradılır, Azərbaycan Ordusu Qarabağı etibarlı şəkildə qoruyur;

* “Zəfər” yolunun çəkilişi uğurla və sürətlə davam edir;

* beynəlxalq aeroportda tikinti işləri bir an dayanmır;

* dəmir yolunun yenidən qurulması da qrafik üzrə aparılır;

* ərazidəki su mənbələri yoxlanılır, istismara hazırlanır;

* elektrik enerjisi ilə etibarlı təminat məqsədilə yeni elektrik yarımstansiyaları tikilərək istismara buraxılır;

* yeni əkinlərə aqrotexniki qaydada xidmət göstərilir;

* layihələrin hazırlanması prosesi sürətləndirilir və s.

Bunlardan əlavə, Prezidentin Şuşaya səfərləri zamanı verdiyi tapşırıqlar vaxtında yerinə yetirilir. Artıq Şuşa etibarlı şəkildə içməli su ilə təmin edilir, fasiləsiz elektrik enerjisi verilir, bərpa işləri uğurla davam edir.

Hamı böyük sevinc və sevgi ilə cənab İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın mədəniyyət paytaxtına gəlişini səbirsizliklə gözləyir və uğurla keçəcəyinə inanır.

Əlbəttə, Qarabağda görüləsi işlər çoxdur və genişdir.

Ən yaxşısı budur ki, Qarabağı yenidən bizə qaytaran, onun dirçəldilməsi üçün möhtəşəm layihələr hazırlatdıran, maliyyə vəsaiti ayıran, dostların köməyindən istifadə edən KİŞİNİN dediklərini bir daha diqqətə çəkək.

Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirakçılardan birinin bu məsələ ilə bağlı sualını belə cavablandırmışdı:

“Biz Azərbaycan üçün ortamüddətli və uzunmüddətli inkişaf strategiyasını faktiki olaraq müharibədən əvvəl işləyib hazırlamışdıq. Əlbəttə ki, ərazilərin işğaldan azad edilməsi əlavə imkanlar verəcək. Çünki ərazilərin bərpası çoxlu resurs tələb edəcək. Lakin eyni zamanda bu resurslar Azərbaycanda sərf olunacaq. Onlar biznesi stimullaşdıracaq, iqtisadiyyatımızın tikinti sektorunu stimullaşdıracaq, yeni iş yerləri yaradacaq, imkanlar yaradacaq, kənd təsərrüfatına əlavə dəyər qatacaq. Bu səbəbdən də indi bizim müəyyən mənada iki inkişaf proqramımız var. Birincisi, bizim hər il qəbul etdiyimiz illik inkişaf proqramı və həmçinin 2030-cu ilədək inkişaf proqramı. İkincisi, Qarabağın bərpası üçün inkişaf proqramıdır ki, hazırda başlanğıc mərhələsindədir. Hazırda bizim hökumət strukturlarımız ikisi arasında birləşmə və ya koordinasiya üzərində işləyir ki, eyni məqsəd üçün iki dəfə xərc çəkilməsin. Bu məqsədlə hazırda biz işğaldan azad edilmiş ərazilərdə tamamilə yeni idarəçilik modelini təqdim edirik. Prezident hakimiyyətinin, Prezident Administrasiyasının fərqli idarəçilik modeli olacaq və inkişafa çox müasir yanaşma olacaq, təkcə bərpa zamanı deyil, həm də bərpadan sonra. Ona görə də hazırda biz Ermənistan tərəfindən qanunsuz istismar olunmuş bütün resurslarımızı qiymətləndiririk. Həmin ərazilərdə mədənçilik üçün böyük potensial var. Yeri gəlmişkən, biz işğaldan azad edilmiş ərazilərdə mis və qızıl resurslarımızı qanunsuz şəkildə istismar etmiş bəzi dırnaqarası iş adamlarına qarşı artıq qanuni prosedurlara başlamışıq. Bərpa olunan enerji, xüsusilə külək enerjisi üçün nəhəng potensial var. İşğaldan azad edilmiş ərazilərin bəzi yerlərində, məsələn, Laçında, Kəlbəcərdə külək enerjisi üçün nəhəng potensial var. Cəbrayılda, Zəngilanda günəş enerjisi və su üçün nəhəng potensial var. Laçın və Kəlbəcəri azad edəndən sonra biz əsas su ehtiyatlarımıza çıxış əldə etmişik. Çünki Qarabağdakı erməni əhalisinin istifadə etdiyi su ehtiyatlarımızın əksər hissəsi öz mənbəyini oradan alır. Hazırda biz ermənilərin müharibə bitəndən sonra Kəlbəcəri tərk edənədək dağıtdığı 12 su elektrik stansiyasının bərpası prosesindəyik. Beləliklə, 15 gün ərzində onlar 12 su elektrik stansiyasını dağıdıblar. Bu da onların hisslərini və siyasətini nümayiş etdirir. Sözsüz ki, biz həmin ərazilərdə xüsusi yaşayış standartları yaratmaq istəyirik, çünki oraya qayıdacaq insanlar 30 il əziyyət çəkiblər. Onların layiqli həyata ehtiyacı var. Ona görə də “ağıllı” kənd üzrə ilk pilot layihəyə artıq başlanılıb, şəhər planlaşdırılmasına başlanılıb. Beləliklə, Qarabağ iqtisadiyyatımızın qeyri-enerji sektorunda, həmçinin nəqliyyatda böyük həcmdə ümumi daxili məhsul istehsal edəcək. Üç hava limanı ilə bağlı proses artıq başlayıb. Bir hava limanında işlər artıq başlayıb. Dəmir yolu əlaqələri. Yerləşməyini və qonşulara yaxınlığını nəzərə alaraq Zəngilan mühüm nəqliyyat və logistik hab ola bilər”.

Əbədi olaraq Azərbaycana qaytarılan Qarabağ bir neçə ildən sonra dirçəldiləcək, məskunlaşdırılacaq, insanların xoşbəxt və firavan yaşadığı cənnətməkana çevriləcəkdir!

Bu həm də xalqımızın ən böyük arzusu və xilaskar İlham Əliyevin qarşıya qoyduğu real vəzifədir!

Qarabağ Azərbaycandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video