09:59 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«İlham Əliyev. İnkişaf - məqsədimizdir» çoxcildliyinin səkkizinci cildi çapdan çıxmışdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
02:02 16.02.2012

 

"Azərbaycanın çox yaxşı iqtisadi göstəriciləri var. Bizim ölkə uğurla inkişaf edir və keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, Azərbaycanın iqtisadi nailiyyətləri gözəçarpan səviyyədədir. Sovet İttifaqının süqutundan sonra Azərbaycan öz müstəqilliyini elan edərkən ölkəmiz xaos vəziyyətinə düşmüşdü. Lakin sonrakı illər ərzində Azərbaycan addım-addım həm siyasi, həm də sosial-iqtisadi islahatlar sayəsində cəmiyyətimizin demokratikləşməsi yolu ilə problemləri həll edə bilmişdir. Nəticədə biz sabitliyin bərqərar edilməsinə, iqtisadi inkişafa nail olmuşuq. İndi Azərbaycanın hər bir vətəndaşı bu iqtisadi inkişafdan faydalanmaq imkanını əldə etmişdir".

Bu sözlər yenicə çapdan çıxmış "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin səkkizinci cildində dövlət başçısının Azərbaycan-İtaliya biznes forumundakı nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir və qüdrətli Azərbaycanda dövlət quruculuğuna, həyata keçirilən geniş sosial-iqtisadi islahatlara, ölkəmizin elmi və mədəni həyatına həsr olunmuş çıxış və nitqləri əksini tapmışdır.

Kitabda həmçinin Azərbaycanda keçirilmiş İTAR-TASS günlərinin iştirakçıları - tanınmış jurnalistlər, Rusiyanın aparıcı nəşrlərinin rəhbərləri, elm, mədəniyyət, idman xadimləri ilə görüşləri, Azərbaycanın milli mənafeyini əks etdirən dərin məzmunlu söhbətləri toplanmışdır.

Burada, eyni zamanda, Prezident İlham Əliyevin İran İslam Respublikasına, Rusiyaya, Səudiyyə Ərəbistanı Krallığına, Çin Xalq Respublikasına və İtaliyaya səfərləri zamanı bir sıra dövlət və hökumət başçıları ilə görüşlərində Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyini əks etdirən çıxış və nitqləri, nüfuzlu mətbuat orqanlarına və televiziya kanallarına verdiyi bəyanat və müsahibələri də yer almışdır.

Səkkizinci cildə Prezident İlham Əliyevin dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə məktubları, xarici nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı söhbətlərin mətnləri daxil edilmişdir.

Bu kitabda həmçinin dövlət başçısının "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının bir illiyinə həsr olunmuş konfransda, "Mərkəzi Aran" platformasından ilk neftin hasilatına həsr olunmuş, Daxili Qoşunların yaranmasının 13-cü ildönümü ilə bağlı, eləcə də Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşına orden və medalların təqdim edilməsi mərasimlərindəki nitqləri də verilmişdir.

Kitaba "Qeydlər", "Şəxsi adlar" "Coğrafi adlar" göstəriciləri daxil edilmişdir.

Səkkizinci cildə daxil olan materiallar 2005-ci ilin yanvarından martınadək olan dövrü əhatə edir.

"Azərnəşr" tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuşdur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM