03 Fevral 2012 02:02
240
CƏMİYYƏT
A- A+

İkinci Dünya müharibəsi veteranları Fransa Prezidentinə etiraz məktubu ünvanlamışlar

 

Azərbaycanın İkinci Dünya müharibəsi veteranları Fransa parlamenti və Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması barədə qanunu ilə bağlı Fransa Prezidentinə etiraz məktubu ünvanlamışlar.

Veteranlar Şurasından AzərTAc-a bildirilmişdir ki, bu, onların Fransa Prezidentinə ünvanladıqları ikinci məktubdur.

Məktubda İkinci Dünya müharibəsi veteranları tərəfindən Nürnberq prosesinin 65 illiyi münasibətilə keçirilmiş ümumrespublika toplantısında qəbul edilən  və ATƏT-in Minsk qrupu ölkələri başçılarından biri kimi N.Sarkoziyə dörd ay əvvəl göndərilən, faşizmi ittiham edən müraciətinin cavabsız qaldığı vurğulanmışdır. 

Bildirilmişdir ki, bu, veteranlarda təəssüf və təəccübə səbəb olsa da, Fransa Senatı tərəfindən uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında  qanunun qəbul edilməsi isə hər  şeyə aydınlıq gətirmişdir.

 Məktubda qeyd edilir ki, beynəlxalq qanunlara, konkret qərarlara məhəl qoymayaraq Azərbaycan torpaqlarını işğal və talan edən, soydaşlarımıza qarşı soyqırımı törədən Ermənistan rəhbərliyinin əsl faşist və nasist cinayətlərinə göz yummaqla qəbul edilmiş bu  qanuna  kəskin  etirazımızı bildiririk. Müraciətdə bu qanunun qəbul edilməsi demokratiya dəyərlərinin daşıyıcısı olan fransız xalqının  hüquqlarının pozulması kimi qiymətləndirilmişdir.

Vurğulanmışdır ki, Senatın qəbul etdiyi bu qərar İkinci Dünya müharibəsində Fransanın faşist işğalından azad edilməsi uğrunda canlarından keçmiş  Müqavimət hərəkatının  döyüşçülərinin,  Fəxri Legion Ordenli Əhmədiyyə Cəbrayılovun, eləcə də onunla birlikdə vuruşan bütün azərbaycanlıların müqəddəs ruhlarına hörmətsizlikdir. Veteranlar etiraz məktublarında, eyni zamanda, bu qanun layihəsinin əleyhinə səs vermiş senatorlara öz  təşəkkürünü bildirmiş, Prezident N.Sarkozinin bu məktuba münasibət  bildirəcəyinə ümidvar olduqlarını qeyd etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video