İki sosial paket - iki yeni rekord
Prezident İlham Əliyevin davamlı islahatları nəticəsində dövlətçilik tariximizdə ilk dəfə olaraq minimum əməkhaqqı və pensiya yaşayış minimumunu üstələyir
Dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir.
Xalqın böyük etimad göstərərək mandat verdiyi hakimiyyət fəaliyyəti ilə daim ictimai milli maraqları doğrultmaqla, vətəndaşın mənafeyinə hesablanan sosial-iqtisadi islahatları həyata keçirməklə böyük rəğbət qazanır. Azərbaycanda da sosial sahə üzrə görülən işlər bir tərəfdən dövlətin gücünü, digər tərəfdən həyata keçirilən siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.
Ölkəmizin Avropa İnkişaf və Əməkdaşlıq Təşkilatının son hesabatlarına əsasən sosial sahədə ardıcıl şəkildə islahat aparan dövlətlər sırasında qərarlaşması, əlbəttə ki, uğurlu göstəricidir. Əgər ölkəmizdə sosial sahədə həyata keçirilən tədbirlərə nəzər yetirsək, aydın olar ki, ilin əvvəlində aparılan islahatlar daha çox pensiya, müavinət və təqaüdlərin artımına yönəldilib və 4,2 milyon nəfəri əhatə edib. Ümumilikdə isə iki sosial paketin birlikdə əhatə dairəsi əhalinin 40 faizini təşkil edir.
Prezident İlham Əliyevin iki sosial paketinin maliyyə tutumu isə 5,3 (bu il üçün 2,3 milyard, gələn il üçün isə 3 milyard) manat təşkil edir. Artımlara gəldikdə isə onu deyə bilərik ki, bir ildə ölkədə maaşlar, pensiyalar, müavinət və təqaüdlər 2 dəfə artırılıb.
Bu ilin əvvəlində minimum əməkhaqqı 130 manat idi. Birinci islahat paketi çərçivəsində həmin məbləğ 180 manata, sentyabrın 1-dən isə 250 manata çatdırıldı. Bu, minimum əməkhaqqının orta yaşayış minimumunu 40 faiz üstələməsi deməkdir. Əgər birinci islahat paketi nəticəsində minimum əməkhaqqı təqribən 600 min nəfəri əhatə etmişdirsə, ikinci paket nəticəsində bu, 950 min nəfərə çatdı. Onun 600 min nəfəri dövlət, 350 min nəfəri özəl sektorda çalışır. Artımların miqyasını təsəvvür etmək üçün bəzi rəqəmləri xatırlatmağa ehtiyac var. Birinci islahat paketi nəticəsində muzdla çalışanların 40 faizinin əməkhaqqında artım edilmişdisə, son islahat paketi onların 63 faizini əhatə edəcək. Ümumilikdə iki paketin icrası ilə Azərbaycanda minimum əməkhaqqı 93 faiz artıb. Əgər 2018-ci ildə ölkəmizdə orta əməkhaqqı təxminən 540 manat idisə, son artım nəticəsində həmin rəqəm 625 manata yaxın olacaq.
Onu da əlavə edək ki, Azərbaycanda əməkhaqqı ödənişi vahid tarif cədvəli və vəzifə maaşları üzrə aparılır. Vahid tarif cədvəlinin 19 dərəcəsi var.
Minimum əməkhaqqının artırılması bütün 19 dərəcə üzrə öz təsirini göstərəcək. Bəzi tarif cədvəlləri üzrə artımın 70 manat, bəzi cədvəllərdə 100 manat olacağı gözlənilir. Əgər minimum əməkhaqqı 950 min nəfəri əhatə edirsə, xüsusi rütbəlilər və dövlət qulluğunun müxtəlif növləri üzrə çalışanların 400 min nəfər olduğunu nəzərə alsaq, onda 1 milyon 350 min nəfərin əməkhaqqı artımından söhbət gedir.
Pensiyaların artımına gəldikdə isə əgər pensiyalar martın 1-dən 160 manata çatdırılmışdırsa, oktyabrın 1-dən həmin məbləğ 200 manata qaldırılacaq. Birinci islahat paketi təqribən 233 min, ikinci islahat paketi 660 min pensiyaçını əhatə edəcək. Bununla yanaşı müavinət və təqaüdləri də nəzərə alsaq, onda həyata keçirilən islahatlar 300 min əlili, 500 min qaçqını, 100 min tələbəni əhatə edəcək.
İkinci sosial paketin tətbiqi özəl sektorda da işçi qüvvəsinin cəlb olunması üçün əlavə stimul yaradır.
Son altı ayın statistikasına nəzər yetirəndə bu sahədə müsbət tendensiyanı görmək mümkündür. İlk növbədə əmək müqavilələrinin sayı təqribən 7 faiz artıb. Digər tərəfdən əməkhaqqı fondunda 18 faiz artım yaranıb. Bu, özəl sektorda 23 faiz artım deməkdir.
Minimum əməkhaqqının artırılması haqqında sərəncam 260 minə yaxın təhsil işçisini əhatə edəcək. İqtisadi fəaliyyət növünün təsnifatına görə muzdla işləyənlərin 23 faizini təhsil işçiləri təşkil edir. Təhsil işçilərinin ödəniş sistemi iki qrupa bölünür: diaqnostik qiymətləndirmədən keçən və vahid tarif cədvəli ilə əməkhaqqı alanlar. Pedaqoji işçilərin 150 min nəfərini diaqnostik qiymətləndirmədən keçənlər, 100 min nəfərini vahid tarif cədvəli ilə əməkhaqqı alanlar təşkil edir. Birinci qrup üzrə orta aylıq əməkhaqqı 20, ikinci qrup üzrə 40 faiz artırılıb. Əməkhaqqı artımları təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı, eyni zamanda təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək. Bu, Azərbaycanda müəllimlərə, təhsil işçilərinə hər zaman göstərilən yüksək qayğı və diqqətin bariz nümunələrindən biridir.
Əlbəttə ki, bütün bunlar ölkəmizin iqtisadi inkişafının uğurlarının bariz nəticəsi və Prezidentin sosial islahatların ardıcıl, davamlı aparılmasına ayırdığı diqqətin, eləcə də vətəndaşların rifah halına göstərdiyi qayğının danılmaz ifadəsidir.
Atılan addımlar dövlət başçısının çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Görünən odur ki, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq. Hər islahatın uğur meyarlarından biri təbii ki, onun ardıcıl şəkildə aparılmasıdır. Məhz cənab İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi sosial islahatlar xalqın rifah halının daha da yaxşılaşmasına xidmət edir.
Əgər diqqət etsək görərik ki, Prezidentin fərman və sərəncamları ilə ilin əvvəlindən başlanan sosial islahatlardan əhalinin bütün kateqoriyaları yararlanıb. Son 9 ayda elə bir sahə yoxdur ki, maaşlarda, sosial müavinətlərdə, təqaüdlərdə artımlar edilməsin.
Məsələn, Prezidentin müvafiq fərmanına əsasən 12268 şəhid ailəsinə dövlət tərəfindən 11 min manat birdəfəlik ödəniş edilir. Bugünədək artıq 11 507 şəhidin 17 111 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 94 faiz icra olunub.
Bundan başqa, Prezidentin sərəncamına əsasən şəhid ailələrinə verilən Prezident təqaüdü 242 manatdan 300 manata qaldırılıb. "Milli Qəhrəman” adı verilmiş hər bir şəxs üçün Prezident təqaüdünün aylıq məbləği 1000 manatdan 1300 manata yüksəlib.
Əfqanıstan müharibəsində həlak olan, itkin düşən və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 220 manatdan 300 manata qalxıb.
Məcburi köçkünlərə verilən aylıq müavinətlər 50 faiz qaldırılıb. Sərəncama qədər məcburi köçkünlərdən 81 min 476 nəfəri 22 manat, 415 min 81 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alırdı. Aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edir.
Eyni zamanda ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, Çernobl qəzasının ləğvi ilə əlaqədar əlilliyi olanlar üçün (əmək pensiyası hüququ olmayan) ayrılan vəsaitdə və digər sosial müavinətlərdə də artımlar edilib.
Bir sözlə, birinci sosial paketə əsasən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər 100 faiz, 9 kateqoriya üzrə Prezidentin aylıq təqaüdü orta hesabla 100 faiz, ikinci sosial paketə əsasən isə 1 milyon 350 min işçinin əməkhaqqı artdı. Oktyabrın 1-dən isə 750 min pensiyaçıya verilən vəsait yüksələcək.
Ümumiyyətlə isə 2003-cü ilə nisbətən ölkə üzrə minimum əməkhaqqı 27,7 dəfə artırılaraq 250 manata, orta aylıq əməkhaqqı isə 7,5 dəfə artaraq 77,4 manatdan 581,2 manata çatıb.
Onu da əlavə edək ki, Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu (180 manat) 40 faiz üstələyib. Digər tərəfdən, ölkəmizdə minimum pensiya məbləği də pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələyəcək.
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunmasını, işçilərin maddi və sosial təminatının genişləndirilməsini və onlara layiqli həyat şəraitinin yaradılmasını ölkədə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu öz çıxışlarında dəfələrlə qeyd edib. Ötən dövrdə həyata keçirilən tədbirlər sistemli və məqsədyönlü xarakter daşıyır. Əgər minimum əməkhaqqının artım dinamikasına diqqət yetirsək, heç bir vaxt builki qədər artım müşahidə edilmədiyini görərik.
Minimum əməkhaqqının, pensiya və təqaüdlərin artırılması ölkədə həyata keçirilən sosialyönümlü islahatların mərkəzində insan amilinin dayandığını bir daha sübut edir. Ölkədəki sabitliyin və iqtisadi inkişafın təzahürü olan sosial siyasətin xalqın daha uğurlu sabahına, daha yaxşı yaşamasına yönəldiyini təsdiqləyir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mart
ABF rəsmisi: "Böyük İpək Yolu" turnirinin Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdü...
28 Mart
Manə Mollayeva : Xallar əldə etmək üçün vuruşacağıq
28 Mart
Yekun qərar qəbul edilməyib - Emin Ağalarov
28 Mart
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
28 Mart
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
28 Mart
Biz unutmuruq, tarix də unutmasın...
28 Mart
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!