16 Iyul 2021 17:53
881
İDMAN
A- A+

İki rusiyalı üzgüçü dopinqə görə Olimpiadadan kənarda qaldı

 

Beynəlxalq Üzgüçük Federasiyası rusiyalı üzgüçülər Veronika Andrusenko və Aleksandr Kudaşevi Tokioda keçiriləcək Olimpiya Oytunlarından müvəqqəti kənarlaşdırıb. Buna səbəb Beynəlxalq Dopinq Əleyhinə Agentliyinin (WADA) açıqladığı test nümunələrinin nəticələridir.

25 yaşlı Kudaşev batterflyay üsulu ilə  200 metr məsafəyə yarışlarda, 30 yaşlı Andrusenko sərbəst üsulla 4x100 estafetində çıxış etməli idilər.

Ümumrusiya Üzgüçülük Federasiyasının prezidenti TASS agentliyinə bildirmişdir ki, qurum idmançıların bəraət alması və Olimpiya Oyunlarında çıxış etməsi üçün əlindən gələni edəcək.

Xatırladaq ki, WADA-nın bundan əvvəlki sanksiyaları ilə əlaqədar rusiyalı idmançılar milli bayraq altında deyil, Rusiya Olimpiya Komitəsinin bayrağı altında çıxış edəcəklər. Onların qələbə qazanacağı halda isə Rusiya himni əvəzinə Pyotr Çaykovskinin Birinci konsertinin fraqmenti səsləndiriləcək.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video