06:16 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:40 15.09.2021

Ombudsman Səbinə Əliyeva, Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, təşkilatın Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin və Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sentyabrın 15-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva, görkəmli ictimai xadim Əziz Əliyev və Əməkdar elm xadimi, professor Tamerlan Əliyevin xatirələri ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Eyni zamanda, abidənin önünə əklil qoyulub, türk şəhidlərinin xatirəsi ehtiramla yad edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM