02 Oktyabr 2021 00:41
676
CƏMİYYƏT
A- A+

İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun 28-ci iclası

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, İşçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda regiondakı enerji obyektlərinin yenidən qurulması, zəruri infrastrukturun bərpası və ötən iclasda qəbul edilmiş qərarların icrası istiqamətində aparılan işlərin icra vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, işlərin təyin olunmuş müddətdə yekunlaşdırılması üçün işğaldan azad edilmiş ərazilərdə müvafiq qurumlar tərəfindən hazırda görülən və planlaşdırılan işlərin əlaqələndirilməsi, koordinasiyalı fəaliyyət və məlumat mübadiləsinin intensivliyinin daha da artırılması zəruri məsələlərdəndir.

İclas çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi tərəfindən iqtisadi, ekoloji və sosial faydaları - tullantıların və enerji istehlakının azaldılması və optimallaşdırılmasını ehtiva edən “Eko-innovasiyalar və eko-sənaye parkları” adlı məruzə dinlənilib. Məruzədə müxtəlif ölkələrin ekoloji cəhətdən daha səmərəli sənaye parklarının yaradılması üzrə təcrübəsi haqqında məlumat verilib.

Şuşa şəhərində strateji obyektlərin elektrik və istilik təchizatı ilə bağlı görülən işlərin həftəlik əsasda monitorinq edildiyi bildirilib. Növbəti dəfə yerində baxış keçirilməsi yolu ilə əldə edilmiş məlumatların təhlilinə dair təqdimat nümayiş etdirilib. Qazanxanaların, əlaqədar elektrik yarımstansiyalarının, məhəllədaxili və binadaxili istilik sistemlərinin qurulması, həmçinin qazanxanaların su ilə təminatına dair görülmüş işlərlə bağlı cari vəziyyət nəzərdən keçirilib.

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlərə dair müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə qoşulmanın və məlumat mübadiləsinin vəziyyətinə dair hesabat nəzərdən keçirilib. İşçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının əksəriyyətinin sistemə tam olaraq qoşulduğu bildirilib.

İşçi qrupunun müvafiq iclaslarında qəbul edilmiş qərarların icrasından irəli gələn digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video