10:23 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hüseyn Cavidin ev-muzeyində yubiley tədbiri
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:12 18.12.2011

 

Azərbyacanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin Naxçıvandakı ev-muzeyinin yaradılmasının 30 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Sarvan İbrahimov tədbiri açaraq ulu öndər Heydər Əliyevin hələ keçmiş sovetlər dövründə Cavid əfəndinin nəşinin uzaq Sibirdən doğma Vətəni Naxçıvana gətirilməsində göstərdiyi cəsarət və vətənpərvərlikdən, xalqına və onun ədəbi simalarına məhəbbətindən söz açmışdır.

Ədibin məqbərəsini ziyarətdən sonra başlayan tədbirdə  geniş məruzə ilə çıxış edən muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Bəhruz Axundov bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 21 iyul 1981-ci il tarixində Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qəbul etdiyi qərara əsasən, ev-muzeyi yaradılmışdır. Ədibin 1919-cu ilə qədər fasilələrlə yaşadığı Naxçıvandakı qədim Əlixanlı məhəlləsində, Bazarçayın kənarındakı müqəddəs ocaqda ev-muzeyinin yaradılmasından ötən 30 il ərzində burada bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir. 30 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən verilən bu tarixi qərar Azərbaycan ədəbi-mədəni fikir tarixində xüsusi yeri olan muxtar respublikanın mədəniyyət ocaqlarının sırasına daha biri əlavə edilmişdir ki, o da müqəddəs məkan kimi daim ziyarət yerinə çevrilmiş Hüseyn Cavidin ev-muzeyidir.

Yazıçı-publisist Əbülfəz Əsgərli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublikası Komitəsinin sədri Rövşən Hüseynov, "Turan Cavid qadın mərkəzi ictimai birliyi"nin sədri Sevda Cəfərova, filologiya elmləri namizədi, NDU-nun müəllimi Xanəli Kərimli, M.S.Ordubadi adına mərkəzi kitabxananın şöbə müdiri Südabə Süleymanova, Naxçıvan Muxtar Respublikası  mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov çıxış etmişdilər. Tədbirdə ev-muzeyinin bir qrup əməkdaşına Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublikası Komitəsinin, "Turan Cavid qadın mərkəzi ictimai birliyi"nin fəxri fərmanları təqdim edilmişdir. Sonra ev-muzeyin ekspozisiyasına baxış olmuşdur.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM