15 Sentyabr 2021 13:16
518
SİYASƏT
A- A+

Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb  

Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadaraq qəhrəman türk hərbçilərinə olan məhəbbətini daim uca tutub. Keçmiş sovetlər birliyi dövründə bu tarixi unutdurmağa çalışsalar da Azərbaycan xalqı qardaşlığı və həqiqəti unutmadı. Məlum xilaskarlıq missiyası ortaq tariximizin və dəyərlərimizin təntənəsidir. Qafqaz İslam Ordusu Türkiyə- Azərbaycan qardaşlığının tarixi təməli və iki dövlət arasında tarixi həmrəylik nişanəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun ötən il qazandığı möhtəşəm Zəfərin dövlətçilik tariximizin ən şanlı səhifələri sırasında öndə dayandığını diqqətə çatdıran səfir Hulusi Kılıç deyib: “44 günlük Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksəkdə olduğunun bütün dünyaya nümayişidir. Bu prosesdən 102 il öncə qəhrəman azərbaycanlılar nizami Qafqaz İslam Ordusunun birlikləri ilə çiyin-çiyinə öz yurdlarının müdafiəsinə qalxmışdılar. Bu tarixi unutdurmaqla Azərbaycanın dəyərlərini və genetik özəlliklərini heçə endirmək istəyirdilər. Lakin tarix hər şeyi yenidən öz nizami yoluna saldı”.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, dahi Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələrini xatırladan Hulusi Kılıç Azərbaycan-Türkiyə qardaşlığının əbədiyyətə işıq saldığını xoş ifadələrlə xarakterizə edib. “Bu dostluq xalqlarımızın sifarişi, zamanın hökmü, ortaq dəyərlərimizin təntənəsidir. Müstəqilliyimiz və azadlığımız yolunda canlarını fəda edən şəhidlərimizin ruhu şad olsun. Hər zaman başımızın üstündə yeri olan qazilərimiz tezliklə şəfa tapsınlar. Bakının qurtuluşunun və Vətən müharibəsinin başlamasının ildönümlərində hər birimizin başını dik tutaraq öyünməyə haqqı vardır. Eşq olsun Azərbaycan-Türkiyə birliyinə!”, - deyə sabiq səfir fikirlərini tamamlayıb.

O vurğulayıb ki, 15 sentyabr hər birimizin qəlbində Bakının qurtuluş günü kimi əbədiyyətə qədər tarix qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video