28 Avqust 2011 01:08
521
İQTİSADİYYAT
A- A+

HP personal kompyuter sistemlərinin buraxılışından imtina etmir

 

HP personal kompyuter sistemlərinin buraxılışından imtina etmir. Şirkət yalnız bu bölməni ayrıca biznes struktur kimi qurmaq imkanını nəzərdən keçirir. Bu barədə HP-nin Azərbaycandakı nümayəndəliyindən məlumat veriblər.

Nümayəndəliyin rəhbəri R.Hacıəlibəyovun sözlərinə görə, bu məsələnin həllinə Direktorlar Şurasında baxılır: "Biz kompyuterlərin yeni modellərini buraxmaqda davam edirik və bütün dünyada sifarişçilərimizə texniki xidmətin göstərilməsi "non-stop" rejimində aparılır. Şirkətin bu addımı atmasına əsas səbəb HP-nin yenilənən strategiyası ilə əlaqədardır. Strategiya "bulud" həllərini və proqram təminatını hədəf kimi seçib. Bazarın inkişaf tendensiyaları müvafiq tələbi formalaşdırır. Biz buna hazır olmalıyıq".

Bundan əvvəl HP-nin rəsmi məlumatında qeyd edildiyinə görə, "HP-nin yenilənmiş strategiyasının mühüm tərkib hissəsini korporasiyalar, kiçik və orta biznesin, ictimai və dövlət sektorunun müştəriləri üçün yüksək dəyərli həllərin hazırlanması məqsədilə investisiya, resurs və rəhbərliyin diqqətinin cəmləşdirilməsi təşkil edir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video