23 Noyabr 2021 14:27
1104
DÜNYA
A- A+

Hindistanda cari ildə COVID-19 virusuna ən az sutkalıq yoluxma qeydə alınıb

 

Hindistanda ötən sutka COVID-19 virusuna 7 min 579 yoluxma qeydə alınıb.

AZƏRTAC Hindistanın Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu, ötən il may ayından bəri sutkalıq ən aşağı yoluxma göstəricisidir. Ardıcıl 2 gündür ki, sutkalıq yoluxma sayı 10 mindən aşağı olub.

Nazirliyin məlumatına əsasən, hazırda ölkədə 113 min aktiv xəstə var. Bu rəqəm də ötən ilin iyun ayından bəri ən aşağı göstəricidir.

Qeyd edək ki, pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olan Hindistan 34 milyon 526 min yoluxma ilə dünyada ümumi yoluxma sayına görə ABŞ-dan sonra 2-ci, 466 min ölüm ilə isə tələfat sayına görə Birləşmiş Ştatlar və Braziliyadan sonra üçüncüdür. Pandemiyanın pik dövrü olan may ayında sutkalıq yoluxma sayı 400 min, ölüm sayı isə 5 min civarında idi.

Hindistanda koronavirus əleyhinə vaksinasiya prosesi də sürətlə davam edir. İndiyədək əhaliyə 1,17 milyard doza peyvənd vurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video