20 Sentyabr 2011 12:09
602
DÜNYA
A- A+

Hindistan və Nepalda zəlzələ nəticəsində 18 nəfər həlak oldu

 

Hindistanla Nepalın sərhədində baş vermiş güclü zəlzələ nəticəsində azı 18 nəfər həlak olmuşdur. Bu barədə "Tayms of İndia" qəzeti xəbər verir.

Zəlzələdən ən çox zərər çəkmiş rayonlarda telefon rabitəsi kəsilmiş, əhali işıqsız qalmışdır.

Yerli hakimiyyət orqanları ölənlərin sayının xeyli artacağından narahatdır.

Qəzetin yazdığına görə, 7 nəfər Sikkim ştatında, 6 nəfər qonşu Qərbi Benqaliya, daha 2 nəfər Nepalla sərhəddə yerləşən Bihar ştatında həlak olmuşdur.

Nepalda 5 nəfər təbii fəlakətin qurbanı olmuşdur. Onlardan 3-ü Kətmənduda Böyük Britaniya səfirliyinin divarı uçarkən həlak olmuşdur.

6,9 bal gücündə zəlzələnin episentri Hindistanın Qanqtok şəhərinin 72 kilometrliyində qeydə alınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video