02:46 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

"Heydər zirvəsi"nə qalxan alpinistlər arasında neftçi də var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
07:08 27.08.2011

 

ARDNŞ-in Neft-qaz emalı və neft-kimya kompleksi layihəsi məsələləri üzrə Departamentinin mütəxəssisi Aleksey Seytlin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının beş nəfərlik alpinist qrupunun tərkibində Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə keçirilmiş yürüşdə iştirak etmişdir.

 Alpinistlər 3763 metr hündürlüyə qalxaraq ümummilli lider Heydər Əliyevin barelyefini ziyarət etmişlər. Zirvəyə Azərbaycan Respublikasının və ARDNŞ-in bayraqları sancılmışdır. Qeyd edək ki, bu, ARDNŞ əməkdaşının "Heydər zirvəsi"nə ilk yürüşü deyil. 1996-cı ildən alpinizmlə məşğul olan Aleksey Seytlin hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi ərəfəsində Prezident Qvardiyasının və Xüsusi təyinatlı qrupun əsgərləri ilə birlikdə Böyük Qafqaz dağlarının Qızıl Qaya silsiləsində yerləşən bu zirvəni fəth edərək oraya ulu öndərin bürüncdən hazırlanmış barelyefinin vurulmasında iştirak etmişdir.

 Məhz həmin yürüşdən sonra Azərbaycan hökuməti zirvəyə "Heydər zirvəsi" adının verilməsini rəsmiləşdirmişdir.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM