13:20 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 38-ci cildi çapdan çıxmışdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
06:02 17.02.2012

 

"Bizim ölkəmiz, xalqımız indi rahat yaşayır. Bizi narahat edən problemin həlli, işğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması qarşıda duran vəzifəmizdir. Mən əminəm ki, biz bu vəzifəni yerinə yetirəcəyik. Ölkəmiz dünya miqyasında, beynəlxalq aləmdə özünə layiq yerini tutur. Bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyinin nəticəsidir və biz buna görə xalqımıza, millətimizə minnətdarıq".

AzərTAc xəbər verir ki, bu sətirlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış 38-ci cildindən - Prezident Heydər Əliyevin 2002-ci il mayın 27-də Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə təntənəli mərasimdəki nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Çoxcildliyin 38-ci cildində ulu öndər Heydər Əliyevin respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişi, xalqımızın rifahının yaxşılaşdırılması naminə sahibkarlığın inkişafı ilə bağlı çıxışları, nitqləri dərc olunmuşdur. Kitabda ümummilli lider Heydər Əliyevin Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad Zirvə görüşündə dövlət və hökumət nümayəndələri ilə apardığı danışıqları, bəyanat və müsahibələri, Türkiyə, Azərbaycan, Gürcüstan dövlət başçılarının Trabzon Zirvə görüşündə Qafqaz bölgəsində sabitliyin yaradılmasına, Bakı - Tbilisi -Ceyhan, Bakı - Tbilisi - Ərzurum neft və qaz kəmərlərinin mühafizəsinin, təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə üçtərəfli əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş fikir və tövsiyələri toplanmışdır.

Bu cilddə, həmçinin ulu öndər Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı prezident Seyid Məhəmməd Xatəmi və digər yüksək vəzifəli şəxslərlə apardığı danışıqlarında söylədiyi nitqlər, çıxışlar, İran ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə dair materiallar, sənədlər, mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələr, ayrı-ayrı dövlət və hökumət başçılarına məktubları, teleqramları da öz əksini tapmışdır. 

Əvvəlki cildlərdə olduğu kimi, 38-ci cilddə də ümummilli lider Heydər Əliyevin keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı prinsipial mövqeyinə dair materiallar kitabda yer almışdır. 

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar, məktublar, məruzələr 2002-ci ilin martından mayınadək olan dövrü əhatə edir.

"Azərnəşr" tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə edilmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM