03:11 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – «Xocalı-1992» kitabı çapdan çıxmışdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 25.02.2012

 

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdirdiyi "Xocalı-1992" kitabı işıq üzü görmüşdür. AzərTAc xəbər verir ki, Azərbaycan, ingilis, fransız və rus dillərində nəşr olunmuş kitabda Xocalı soyqırımının XX əsrdə monoetnik dövlət yaratmaq kimi iyrənc şovinist siyasət yürüdən ermənilərin Azərbaycan xalqının başına gətirdikləri ən dəhşətli cinayətlərdən biri olduğu vurğulanır.

Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecədə erməni silahlı dəstələrinin 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdikləri kitabda əksini tapmışdır. Həmin gün şəhərin dinc əhalisindən 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulmuş, 1000-dən çox dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. İtkin düşmüş 155 nəfərin taleyi indiyədək məlum deyildir.

Mərkəzin nəşr etdirdiyi "Xocalı - 1992" kitabı Azərbaycan dövlətinin Xocalı soyqırımının bütün dəhşətləri ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni vandallarının əsl simasının ifşa olunması istiqamətində apardığı sistemli işin tərkib hissəsidir. Nəşr Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət kəsb edir.

Kitaba xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında fikirləri, həmçinin insanlığa utanc gətirən faciə barədə məqalə və məlumat-soraq materialları daxil edilmişdir.

Kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və rus - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dillərində nəşr edilməsi rəmzi məna daşıyır. Bununla da kitabın yaradıcı heyəti həmin münaqişənin ən faciəvi və qanlı hadisəsi barədə gerçəkliyi bir daha diqqətə çatdırır.

"Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri" seriyasının məsləhətçisi akademik Asəf Nadirov, kitabın elmi məsləhətçisi və "Ön söz"ün müəllifi Milli Məclisin deputatı, AVCİYA-nın prezidenti Elxan Süleymanov, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM