16 Noyabr 2011 03:11
407
CƏMİYYƏT
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə olunan uşaqlara baş çəkmişdir

 

Noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (İDEA) təsisçisi Leyla Əliyeva Bakıdakı Talassemiya Mərkəzi ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev məlumat vermişdir ki, uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunmuş bu şəfa ocağı həmin xəstəlikdən əziyyət çəkənlər və onların yaxınları üçün ümid yeridir.

Qeyd edilmişdir ki, mərkəz gün ərzində 30-40 xəstə qəbul edir. Azərbaycanda min nəfərə yaxın talassemiyalı xəstə vardır ki, onların da 60 faizi bu səhiyyə ocağında daimi müalicə olunur. Beynəlxalq standartlara tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən müasir aparat və digər zəruri avadanlıq quraşdırılmışdır. Burada donorlardan götürülən qan dərhal müayinə olunur.

Leyla Əliyeva mərkəzin transfuziya zalına, 12 otaqdan ibarət klinikaya, manipulyasiya otaqlarına və laboratoriyaya baxmışdır. Qeyd olunmuşdur ki, transfuziya zalında xəstələrə qanköçürmə əməliyyatı aparılır. Leyla Əliyeva burada müalicə alan uşaqların səhhəti ilə maraqlanmışdır.

Sonra Leyla xanım Əliyeva reanimasiya palatası, molekulyar diaqnostika laboratoriyası, sterilləşdirmə mərkəzi ilə tanış olmuşdur. Bildirilmişdir ki, burada regionda ilk dəfə olaraq sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı yaradılmışdır və bu prosesin tətbiqi istiqamətində geniş iş aparılır. Mərkəzdə xəstələrin müayinəsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti mərkəzin konfrans zalında respublikada talassemiyadan əziyyət çəkən xəstələrin statistik göstəricilərindən bəhs edən videoçarxa baxmışdır. Səhiyyə naziri məlumat vermişdir ki, ölkədə "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"ndan irəli gələn tədbirlər həyata keçirilir. Bu gün dövlət büdcəsində həmin proqrama ayrılan vəsait 16,3 milyon manat təşkil edir. Nazir qeyd etmişdir ki, bundan əvvəl də bu xəstəliklə bağlı 5 illik proqram icra edilmişdir. Bu proqramların həyata keçirilməsi ilə talassemiya və hemofiliya kimi bəladan əziyyət çəkən xəstələr arasında ölüm halları, demək olar ki, sıfıra enmişdir.

Leyla xanım Əliyeva mərkəzin yeməkxanasına da baş çəkmiş, xəstələrin qida rasionu ilə tanış olmuşdur.

Mərkəzdə müalicə olunan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunmuşdur.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video