04 Noyabr 2011 02:11
239
Mədəniyyət
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nyu-Yorkda Azərbaycan incəsənətinin ABŞ-da daha yaxşı tanıdılması yollarını müzakirə etmişdir

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla xanım Əliyeva ABŞ-ın "Uşaqların Xərçəng və Qan Fondu"nun (CCBF) dəvətilə Nyu-Yorkda səfərdədir.

Noyabrın 2-də Leyla Əliyeva Amerikanın nüfuzlu "İnterview" jurnalının redaksiyasında olmuşdur. 1969-cu ildə tanınmış amerikalı rəssam və film prodüseri Endi Vorhol tərəfindən təsis edilən "İnterview" jurnalı ənənəvi olaraq dünya şöhrətli incəsənət adamları, musiqiçilər, aktyorlar, modelyerlərlə müsahibələrə yer verir və cəmiyyətdə yeni və qeyri-adi düşüncə tərzinin yaranmasını istiqamətləndirir. Azərbaycanlı qonaqla görüşdə "İnterview" və Amerikanın incəsənət aləminin üç digər qabaqcıl jurnalını nəşr edən "Brant Publications, Inc." şirkətinin rəhbəri Piter Brant və "İnterview" jurnalının redaktoru Kristofer Bollen iştirak etmişlər. Piter Brant Leyla xanımı jurnalın tarixi və əhatə etdiyi əsas mövzularla ətraflı tanış etmişdir. Leyla Əliyeva isə öz növbəsində, "İnterview" jurnalının yaradıcı heyətini Azərbaycanla daha yaxından maraqlanmağa dəvət etmiş və əmin olduğunu bildirmişdir ki, populyar jurnalın oxucuları Azərbaycanda incəsənət, musiqi və moda aləmindən kifayət qədər yeni məlumat və maraqlı xəbərlər tapa biləcəklər. 

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva  Nyu-Yorkda yerləşən "Metropolitan" incəsənət muzeyində olmuşdur. Muzeyin islam mədəniyyəti üzrə baş tədqiqatçısı Məryəm İxtiyar Leyla xanım Əliyevaya uzunmüddətli bərpadan sonra noyabrın 1-də yenidən açılan "İslam dünyasının incəsənəti" adlı sərgi barədə məlumat vermişdir. Leyla xanım muzeydə "Ərəb əraziləri, Türkiyə, İran, Mərkəzi və Cənubi Asiya mədəniyyəti"nin min ildən çox tarixini təmsil edən 1200 eksponatın sərgiləndiyi yeni qalereyalarla tanış olmuşdur. Söhbət zamanı "Metropolitan" muzeyi ilə əməkdaşlığın perspektivləri müzakirə edilmiş, burada Azərbaycan incəsənətinin daha yaxşı təmsil olunması barədə fikir mübadiləsi aparılmışdır.

Noyabrın 2-də Leyla xanım Əliyeva Nyu-Yorkda yaşayan həmvətənimiz, "Noviy Rubej" qəzetinin redaktoru, Azərbaycan Rəssamlar Birliyinin üzvü Nobert Yevdayevlə görüşmüşdür. N.Yevdayev Leyla xanıma təşəkkürünü bildirərək ona Azərbaycanın incəsənət muzeylərinə çatdırılması üçün  şəxsi kolleksiyasından iki rəsm əsəri hədiyyə etmişdir. "Analıq" və "Abstrakt kompozisiya" adlı əsərlərin müəllifi əslən bakılı olan amerikalı rəssam Nahum Çakbazovdur. Hər iki əsər 1945-46-cı illərdə işlənilmişdir. Nahum Çakbazovun əsərləri "Metropolitan" incəsənət muzeyi, Müasir İncəsənət Muzeyi, Pensilvaniya İncəsənət Akademiyası və Amerikanın digər nüfuzlu incəsənət ocaqlarının kolleksiyalarına daxildir. Nobert Yevdayev bildirmişdir ki, bu əsərləri Azərbaycana hədiyyə etməkdə məqsədi Amerikada yaşayan həmvətənimizin rəssam kimi Birləşmiş Ştatlarda nə qədər uğur qazandığını diqqətə çatdırmaqdır. "Analıq" əsəri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin, "Abstrakt kompozisiya" isə Müasir İncəsənət Muzeyinin kolleksiyalarında nümayiş olunacaqdır.

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

 

Nyu-York

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video