09:20 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Heydər Əliyev Fondu Xəzər rayonunda təhsil müəssisələrinin tikintisinə qayğı göstərir
ANA SƏHİFƏ / TƏHSIL
02:02 17.02.2012

 

Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də respublikamızın bütün bölgələrində təhsil müəssisələrinin inşası və əsaslı təmiri istiqamətində görülən işlərdir.

Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Xəzər rayonunda yararsız vəziyyətdə olan məktəb binaları sökülərək yenidən tikilmiş, yüksək səviyyədə əsaslı təmir olunmuş və müasir avadanlıqla təchiz edilmişdir. Bu yenidənqurma işləri indi də yüksək templə davam etdirilir.

Rayon icra hakimiyyətindən bildirmişlər ki, hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şüvəlan qəsəbəsində 78  nömrəli uşaq bağçasının və  Buzovna qəsəbəsindəki 5 nömrəli Texniki Peşə Liseyinin binalarında əsaslı təmir işləri aparılır, Binə qəsəbəsində isə 640 yerlik yeni məktəbin binasında tikinti işləri  davam etdirilir. Tədris ocaqlarında kompyuter otaqları, akt və idman zalları, laboratoriyalar, kitabxana, həkim kabineti, əmək emalatxanaları fəaliyyət göstərəcəkdir.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM