25 Oktyabr 2011 02:10
489
Təhsil
A- A+

Heydər Əliyev Fondu fiziki cəhətdən qüsurlu uşaqlara daim qayğı göstərir

 

Heydər Əliyev Fondu fiziki cəhətdən qüsurlu uşaqlara daim qayğı göstərir, onların normal təhsil almaları üçün hər cür şərait yaradır.

Gəncədəki 45 nömrəli yardımçı məktəbdə təhsil alan 239 fiziki cəhətdən qüsurlu uşaq da bu qayğıdan bəhrələnir. Bu məktəbdə təhsil alan uşaqlardan 11 nəfərinin hərəkət imkanı tamamilə məhduddur. Məktəbdən AzərTAc-a bildirmişlər ki, Heydər Əliyev Fondu bir neçə il əvvəl burada təhsil alan 6 şagirdi əlil arabası ilə təmin etmişdir. Bu günlərdə Heydər Əliyev Fondu daha 5 uşağa əlil arabaları vermişdir.

Uşaqlara əlil arabalarının təqdimatında çıxış edən valideynlər göstərilən qayğıya görə dövlət başçısına və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıq etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video