10 Oktyabr 2021 00:43
739
İQTİSADİYYAT
A- A+

Heydər Əliyev Fondu daha bir məktəb binası inşa etdi

 

Quba rayonunun Zərdabi qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni məktəb binası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəbi üçün tikilən üçmərtəbəli bina 850 şagird yerlikdir.

Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev çıxış edərək Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə diqqəti və qayğısı ilə ölkədə yeni elm, təhsil, səhiyyə, mədəniyyət mərkəzlərinin istifadəyə verilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib.

Bildirilib ki, Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəbin yerləşdiyi əvvəlki bina 46 il öncə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunmasına ehtiyac yaranmışdı. Fondun təşəbbüsü ilə inşa olunan təhsil müəssisəsi üçmərtəbəlidir. Burada sinif otaqları, laboratoriya, linqafon, informatika otaqları, gənclərin çağırışaqədərki hazırlığı kabineti, kitabxana, oxu zalı, bufet, akt zalı, idman zalı və texniki otaqlar müəllim və şagirdlərin ixtiyarına verilib.

Məktəbin həyətində futbol, basketbol və voleybol meydançası inşa olunub, abadlıq işləri aparılıb.

Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatı Vahid Əhmədov, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov və Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov çıxış edərək, qəsəbə sakinlərini yeni təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik ediblər.

Çıxışlarda bildirilib ki, Zərdabi qəsəbəsində ən müasir tələblərə cavab verən məktəb binasının inşası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısının bariz nümunəsidir.

Çıxışlarda Vətən müharibəsində qazanılan şanlı Zəfər tarixindən, qəhrəman döyüşçülərimizin şücaətindən danışılıb.

Qəsəbə ağsaqqalı Vahid Əliyev, məktəbin müəllimi Esmira Qurbanova, şagirdlər və sakinlər bütün zəruri avadanlıqla təmin edilən yeni məktəbin istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video