19:31 26 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
18:34 26.07.2021 Hindistanda körpü çökdü
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

ANA SƏHİFƏ / QANUNLAR
00:42 13.06.2021

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; 1993, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 378; 1998, № 1, maddələr 15, 16; 1999, № 4, maddə 228, № 5, maddə 286; 2001, № 6, maddələr 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005, № 10, maddə 871, № 12, maddə 1093; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 6, maddə 561, № 8, maddə 756, № 11, maddələr 1053, 1078; 2008, № 3, maddə 156, № 6, maddələr 462, 481, № 8, maddə 709, № 12, maddə 1048; 2010, № 3, maddə 171, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2014, № 11, maddə 1333; 2015, № 10, maddə 1085; 2016, № 6, maddə 1011; 2020, № 6, maddə 669, № 7, maddə 826, № 12 (I kitab), maddə 1425) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissənin birinci abzasında “tibbi bölmələrdə, hissələrdə və idarələrdə” sözləri “hərbi tibb müəssisələrində” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü hissədə “hərbi-tibbi idarələr” sözləri “hərbi tibb müəssisələri” sözləri ilə əvəz edilsin;

1.3. 4-cü hissənin ikinci cümləsində “səhiyyə idarələrində” sözləri “tibb müəssisələrində” sözləri ilə və “hərbi-tibbi idarələrdə” sözləri “hərbi tibb müəssisələrində” sözləri ilə əvəz edilsin;

1.4. 6-cı hissədə “hərbi-tibbi müəssisələrdə” sözləri “hərbi tibb müəssisələrində” sözləri ilə əvəz edilsin.

Maddə  2. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 12, maddə 445; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 687, № 12, maddə 736; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 691; 2007, № 5, maddə 401; 2017, № 6, maddə 1057; 2018, № 5, maddələr 846, 873) 6-cı maddəsinin ikinci hissəsinin ikinci abzasında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

Maddə 3. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980; 2017, № 12 (I kitab), maddə 2200; 2018, № 4, maddə 644, № 7 (I kitab), maddə 1385; 2019, № 1, maddə 36; 2020, № 7, maddə 842) aşağıdakı dəyişikliklər edilsin:

3.1.   4-cü maddənin 1-ci hissəsinin altıncı abzasında və 11-ci maddənin 1-ci hissəsinin beşinci abzasında ismin müvafiq hallarında “idarələr” sözü ismin müvafiq hallarında “sanitariya-epidemioloji xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

3.2. 13-cü maddənin beşinci abzasında “idarələrinə” sözü “sanitariya-epidemioloji xidmət müəssisələrinə” sözləri ilə əvəz edilsin;

3.3.  15-ci maddədə “sanitariya-epidemioloji orqanlarının və idarələrinin” sözləri “sanitariya nəzarəti orqanlarının” sözləri ilə əvəz edilsin;

3.4. 26-cı maddənin ikinci hissəsində “sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin” sözləri “sanitariya nəzarəti orqanlarının” sözləri ilə əvəz edilsin;

3.5. 28-ci maddədə “sanitariya-epidemioloji xidməti orqanları və idarələri” sözləri “sanitariya nəzarəti orqanları və sanitariya-epidemioloji xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

3.6. 32-ci maddədə “sanitariya-epidemioloji xidmətinin orqanları və idarələri” sözləri “sanitariya nəzarəti orqanları və sanitariya-epidemioloji xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

3.7.  33-cü maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının dövlət sanitariya nəzarəti orqanlarının və sanitariya-epidemioloji xidmət müəssisələrinin fəaliyyəti tabeliyində olduqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin edilir.”;

3.8.    34-cü maddə üzrə:

3.8.1. 1-ci hissənin 12-ci bəndində “xidməti idarələrinə” sözləri “xidmət müəssisələrinə” sözləri ilə əvəz edilsin;

3.8.2. 3-cü hissədə “xidməti orqanlarının və idarələrinin” sözləri “xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin;

3.9.       38-ci maddənin birinci hissəsində “sanitariya-epidemioloji xidməti orqanları və idarələri” sözləri “sanitariya nəzarəti orqanlarının” sözləri ilə əvəz edilsin;

3.10.  39-cu maddə üzrə:

3.10.1. beşinci və altıncı abzaslarda “orqanlar və idarələr ilə” sözləri “orqanlarla” sözü ilə əvəz edilsin;

3.10.2. yeddinci, iyirmi birinci və iyirmi üçüncü abzaslardan “və idarələrin” sözləri çıxarılsın;

3.10.3. on beşinci abzasda “səhiyyə idarələrində və başqa idarələrdə” sözləri “tibb müəssisələrində və başqa müəssisələrdə” sözləri ilə əvəz edilsin;

3.10.4. on səkkizinci abzasda “sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin” sözləri “sanitariya nəzarəti orqanlarının” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 451; 1999, № 5, maddə 293; 2001, № 12, maddələr 731, 736; 2004, № 7, maddə 507; 2007, № 5, maddə 401, № 6, maddə 561, № 11, maddə 1078; 2008, № 7, maddə 602; 2019, № 3, maddə 379, № 5, maddə 797, № 8, maddə 1382; 2020, № 7, maddə 826) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 11-ci maddənin ikinci hissəsi üzrə:

4.1.1.   birinci cümlədə (hər iki halda) “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

4.1.2. ikinci cümlədə “səhiyyə” sözü “tibb” sözü ilə və “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

4.2. 12-ci maddənin 9-cu bəndinin birinci cümləsində “səhiyyə ocaqlarında” sözləri “tibb müəssisələrində” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009, № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616; 2012, № 6, maddə 510; 2013, № 11, maddələr 1285, 1305, 1316; 2015, № 2, maddə 104, № 4, maddə 345, № 6, maddə 681; 2016, № 2 (I kitab), maddə 189, № 4, maddə 658; 2017, № 6, maddə 1060, № 7, maddə 1262; 2019, № 2, maddə 180, № 9, maddə 1484; 2020, № 5, maddə 521, № 7, maddə 826, № 12 (I kitab), maddə 1425) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 7-ci maddənin adında və mətnində, 47-ci maddənin adında “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin;

5.2. 9-cu maddə üzrə:

5.2.1. birinci hissədən “əsasən” sözü çıxarılsın;

5.2.2. ikinci hissənin üçüncü abzasında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

5.3. 11-ci maddənin birinci hissəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

5.4. 19-cu maddənin beşinci hissəsinin ikinci cümləsində “səhiyyə” sözü “tibb” sözü ilə, “hərbi-tibb hissə və” sözləri “hərbi tibb” sözləri ilə əvəz edilsin;

5.5. 24-cü maddənin ikinci hissəsində “orqanına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

5.6. 27-ci maddənin üçüncü hissəsində, 37-ci maddənin birinci hissəsində və  49-1-ci maddənin dördüncü hissəsində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

5.7. 46-cı maddənin yeddinci hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin reyestrə çıxışı təmin edilir.”;

5.8. 48-ci maddə üzrə:

5.8.1.  adında, ikinci və dördüncü hissələrində “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin;

5.8.2. birinci hissənin birinci cümləsində “Səhiyyə müəssisələrinin və orqanlarının rəhbərləri səhiyyə” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tibb” sözləri ilə əvəz edilsin;

5.8.3. üçüncü hissədə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

5.9.    56-cı maddə üzrə:

5.9.1. beşinci hissədə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

5.9.2. altıncı hissənin birinci cümləsində (hər iki halda) və “Qeyd” hissəsinin 1-ci bəndində (hər iki halda) ismin müvafiq hallarında “orqanı” sözü ismin müvafiq hallarında “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə və “həmin orqan” sözləri “həmin orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 137; 2002, № 12, maddə 701; 2003, № 8, maddə 424; 2004, № 3, maddə 133, № 7, maddə 505, № 10, maddə 762, № 11, maddə 902; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1053; 2008, № 7, maddə 602; 2013, № 7, maddə 794; 2016, № 1, maddə 20; 2017, № 6, maddə 1021; 2018, № 6, maddə 1162; 2020, № 7, maddə 826) 7-ci maddəsinin IV hissəsinin 2-ci bəndində “səhiyyə orqanının” sözləri  “tibb müəssisəsinin” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 aprel 2021-ci il

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM