27 Sentyabr 2013 03:09
515
PARLAMENT
A- A+

Hərbi qulluqçuların sosial təminatı yaxşılaşdırılır

 

Dünən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. İclasda "Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə edilib.

Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri, Ziyafət Əsgərov bildirib ki, "Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında" qanun 1997-ci ilin may ayında qəbul olunub və bugünə qədər müxtəlif səbəblərdən sənədə 17 dəyişiklik edilib. Yeni dəyişiklik isə hərbi qulluqçuların həyat və səhhət sığortası ilə bağlıdır. Səbəb isə odur ki, hazırda Azərbaycanın sığorta bazarında münasibətlər çox dinamik inkişaf edir və buna uyğun olaraq Milli Məclis qanunvericilikdə dəyişikliklər etməli, hərbi qulluqçuların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması üçün addımlar atılmalıdır.

Ziyafət Əsgərov vurğulayıb ki, əgər əvvəllər əlilliyə, yaralanmaya, kontuziyaya görə müəyyən olunan sığorta məbləğləri hansısa icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilirdisə, indi artıq qanunun özü bunu müəyyənləşdirəcək.  

Qeyd edək ki, qanuna təklif edilən əlavəyə görə, hərbçilər xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə də sığorta məbləğinin 100 faizi həcmində sığorta ödənişləri veriləcək. Hazırda mövcud olan qanunvericiliyə görə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə sığorta məbləğinin 100 faizi həcmində sığorta ödənişləri verilir.

Digər əlavədə isə göstərilir ki, əgər hərbi qulluqçu təxris olunduqdan sonra 3 il müddətinə vəfat edərsə, sığorta məbləğinin 100 faiz həcmində ödəniş veriləcək. Ümumiyyətlə, hərbi qulluqçunun xəsarət aldığı hər bir halda ona sığorta ödənişi veriləcək.

Sənədin müzakirəsi zamanı çıxış edən komitə sədrinin müavini Aydın Mirzəzadə, komitə üzvləri Elman Məmmədov, Adil Əliyev, Hacı Salayev qeyd ediblər ki, bu dəyişikliklər yerlərdə yaranan bəzi fikir ayrılıqlarını aradan qaldıracaq. Eyni zamanda, hərbi qulluğa başlayan hər bir şəxs artıq istənilən vəziyyətdə dövlətin onun yanında olduğunu hiss edir. 

Komitə sədri Ziyafət Əsgərov isə diqqətə çatdırıb ki, qanuna dəyişikliklər hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır və bu, bir daha dövlət başçısının hərbçilərə humanist münasibətinin göstəricisidir. Bu proses bundan sonra da yüksələn xətlə davam edəcək.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video