25 Sentyabr 2016 12:09
742
Oxucu məktubları
A- A+

Hər səfər bölgəyə inkişaf gətirir

 

1972-ci ildən İsmayıllının ictimai həyatının fəal iştirakçısıyam. 1981-ci ildə ümummilli lider Heydər Əliyevin bölgəmizə səfərlərinin şahidi olmuşam. Müasir dövrdə də ölkə başçısı İlham Əliyevin rayonumuza  etdiyi 5 səfərin hər birinin sevincini yaşamışam. Bu səfərlərin bəhrələrini - rayonumuza tərəqqi, firavanlıq, yeni ruh gətirməsini aydınlığı ilə görüb duymuşam, ailəmin və bölgə sakinlərinin timsalında bunları hiss etmişəm.

Bu ilin avqustundakı səfər xüsusilə unudulmazdır. Səfər zamanı Prezidentimizin açılışını etdiyi obyektlər qazanılan uğurlarımızın, sosial-iqtisadi inkişafımızın göstəricisidir.  Hər yeni istifadəyə verilən obyekt həm də yeni iş yerləri deməkdir. Təkcə velosiped zavodunda 60 nəfər İsmayıllı sakini işlə təmin olunub.

Prezident İlham Əliyev 2014-cü ilin sentyabrın 22-də İsmayıllıya səfəri zamanı Olimpiya idman kompleksinin yenidən qurulması və əsaslı təmiri ilə əlaqədar tapşırıq vermişdi. O tapşırıq məsuliyyətlə icra olunub.  Son səfər zamanı ölkə rəhbəri orada da olub, görülən işlərdən razı qalıb. İsmayıllı Olimpiya İdman Kompleksi indi respublikada ən işlək idman müəssisələrindəndir. Kompleksdə bir çox idman növləri üzrə yarışlar və təlim-məşq toplantıları keçirilir. Əsaslı təmirdən sonra burada da iş yerlərinin  sayı artıb.

29 kilometrlik İsmayıllı-Qaraməryəm magistral yolu Prezident İlham Əliyevin tapşırığı ilə qısa zamanda yeni standartlar əsasında çəkilib. Açılış lentini Prezident özü kəsdi. Yol boyu 2 körpü və 12 dayanacaq tikilib. İsmayıllı, eləcə də  Göyçay sakinləri bu yolun abadlaşdırılmasından çox məmnundurlar.

İki qrupluq - 40 nəfərlik uşaq bağçasının əsaslı təmirdən sonra beş qrupluğa, müvafiq olaraq da 100 nəfərliyə çatdırılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib.

“İsmayıllı-2” su elektrik stansiyasının istifadəyə verilməsi isə əhəmiyyətli iqtisadi nailiyyətdir və ölkəmizin iqtisadi qüdtərinin təzahürüdür. “İsmayıllı-1” su elektrik stansiyasından çıxan təmizlənmiş su “İsmayıllı-2” su elektrik stansiyasına daxil olacaq. Beləliklə, İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən su elektrik stansiyası ildə 8 milyon kilovatsaat elektrik enerjisi istehsal etmək imkanına malikdir. Bütün bunları görmək, duymaq, yaşamaq bir dövlət qulluğu veteranı kimi məni çox sevindirir. Görülən işlərə, icra olunan layihələrə görə biz ismayıllılılar Prezident İlham Əliyevə minnətdarıq.

 

Valeh SALEHOV,

dövlət qulluğu veteranı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video