13:29 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hər çəməndən bir çiçək
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 19.02.2012

 

Müxtəlif  müəlliflərin eyni mövzu və ya janrda yazılmış bədii əsərlərdən ibarət qeyri-dövri məcmuəyə almanax da deyirlər. Azərbaycanda bu növ nəşrlər əsasən ötən əsrin iyirminci illərindən başlayaraq yayılıb.

Bu gün də müəlliflərin yaradıcılıq nümunələrinin toplandığı almanaxlar nəşr edilir. Belə topluların özəllikləri təkcə onda deyil ki, orada müxtəlif janrlı və ya mövzulu ədəbi-bədii nümunələr verilir. Bu üsulun üstünlüklərindən biri də odur ki, almanaxlar digər kitablardan fərqli olaraq müxtəlif müəllifləri bir-biri ilə, onları isə oxucularla  eyni vaxtda görüşdürməsidir. Hər hansı şair və ya yazıçının yaradıcılığı ilə maraqlanan oxucu almanaxda daha çox müəlliflə üz-üzə olur. Belə toplulardan biri də şair-publisist Bəydadaş Cəfərlinin tərtibçiliyi və redaktorluğu ilə işıq üzü görən "Abşeron inciləri-2011 (poeziya almanaxı)"dır.

Bu kitabda 40 qələm sahibinin şeirləri yer alıb. Kitabı oxuduqca özünü sanki qırxotaqlı poeziya sarayında hiss edirsən. Bu "poeziya sarayı"nda yaradıcılığı ilə tanış olduğumuz şairlər respublikamızın ayrı-ayrı bölgələrində dünyaya göz açıblar. Onları birləşdirən isə sözün qəhrini və nazını çəkmələridir.

Oxucuların istək və zövqləri  müxtəlif olduğu kimi, şairlərimizin də dünyaya fəlsəfi baxışları eyni deyil. Məhz bu istəkləri nəzərə alaraq, müxtəlif mövzularda şeirlər yazırlar. Mövzuya yanaşma da bu kitabda müxtəlifdir.

Yazıçı və şairlər  ilk növbədə öz ömürlərini yazırlar. Onlar yaratdıqları obrazları özləri yaşayırlar. Güllər Məmmədqızının  şeirlərindəki arzu və istəklər isə  xalqımızınkıdır. Onun kədəri doğma yurdu Kəlbəcərdən uzaq düşməsi, arzusu isə o yerlərə qayıtmaq olub. Bu şairə ananın, təəssüf ki,   ömrü o günə çatmayıb, amma, poetik nəfəsi doğma yerlərə qayıtmaq  üçün bir çağırışdır.

Kitabda diqqəti çəkən digər məqamlardan biri də Aytən Təhmasibin rəngarəng yaradıcılıq nümunələridir. Buradakı şairlərin ən  gənci Aytəndir. Çox gənc olmasına baxmayaraq poeziya aləmində  o, erkən yaşlarında böyük uğurlar qazanıb.

Məlahət Yusifqızının təkcə "Kişi əlləri" şeirindən isə ayrıca söz açmağa  dəyərdi.   Almanaxı səhifələdikcə qürur hissi keçirirsən: Həsənoğlu, Nizami Gəncəvi, Məhsəti və Natəvandan... başlayan Azərbaycan poeziyası nəsillər dəyişdikcə zənginləşir. Yeni gələn hər ədəbi nəfəsdə isə bir təravət hiss olunur, almanaxdakı kimi: klassizmlə modernizm  burada  vəhdət təşkil edir ki, bu da poeziya aləmini bir az da zənginləşdirir.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM