10 Oktyabr 2021 00:32
653
Səhiyyə
A- A+

Hər birinin öz şəfası var

 

Balın tərkibi yığılma mənbəyindən və emalından asılı olaraq dəyşir və hər növ balın insan orqanizminə müxtəlif faydaları var.

Akasiya balı: orqanizmi möhkəmləndirir, yuxusuzluq, mədə-bağırsaq, öd və böyrək xəstəlikləri zamanı faydalı təsir göstərir.

Günəbaxan balı: orqanizmə qidalandırıcı və müalicəvi-bakteriasid təsiri var.

Moruq balı: soyuqlamalar, avitaminozlar, böyrək xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə edilir.

Zirinc balı: xalq təbabətində qanaxmalar zamanı istifadə edilir.

Pıtraq balı: mədə-bağırsaq və dəri xəstəlikləri zamanı çox faydalıdır.

Melissa balı: ürək-damar və nevroz xəstəlikləri zamanı istifadə edilir.

Nanə balı: tərkibindəki C vitamininin miqdarı digər ballara nisbətən daha çoxdur. Bu bal orqanizmə sakitləşdirici, ödqovucu, ağrıkəsici təsir bağışlayır. Mədə-bağırsaq xəstəlikləri zamanı istifadə edilir.

Yemişan balı: böyrək xəstəlikləri zamanı faydalıdır.

Çəmən balı: böyrək xəstəlikləri, iltihabi xəstəliklər zamanı xəstəlik əlamətlərini yumşaldıcı və ağrıkəsici kimi istifadə olunur.

Meşə balı: bir çox xəstəliyin müalicəsi zamanı çox faydalıdır. Ondan demək olar ki, bütün xəstəliklər zamanı istifadə edilir.

Dağ balı: Soyuqdəymə və tənəffüs yollarının kəskin respirator xəstəlikləri,  məsələn, angina, laringit, tonzillit zamanı istifadə olunur. Sinir sistemi problemləri, xroniki yorğunluq, halsızlıq, yuxusuzluq kimi yuxu pozğunluqları, iltihabi xəstəliklər, başgicəllənmə, başağrısı, miqren kimi sağlıq problemlərinin çarəsidir.

Şabalıd balı: vitamin və mineral baxımından çox zəngin olduğu üçün bəzi daxili xəstəliklərin müalicəsində, daha çox nəfəs yolu xəstəliklərində məsləhət görülür.

Şam balı: xüsusilə sinir xəstəlikləri zamanı istehlakı məqsədəuyğundur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video