16:45 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Həm qulaqcıq, həm də termometr
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:31 23.10.2021

 

“Apple” şirkəti yeni model naqilsiz qulaqcıqlar üzərində çalışır. Onlar istifadəçinin bədən temperaturunu və duruş mövqeyini təyin edə bilən sensorlarla təchiz olunacaq. Bundan əlavə, “AirPods” modeli eşitmə aparatı funksiyasını da yerinə yetirəcək. Bu funksiyanın artıq mövcud olan Conversation Boost adlı funksiyadan fərqlənib-fərqlənməyəcəyi bilinmir.

Mütəxəssislər qeyd edirlər ki, bu cür texnologiyaların inteqrasiyası prosesində bəzi çətinliklər var. Daha əvvəllər “Apple” şirkəti müəyyən komponentlərin istehsalı və təchizatı ilə bağlı yaranmış problemlər üzündən dəfələrlə maraqlı ideyaların reallaşdırılmasından imtina edib.

Məlumata əsasən, sentyabr ayında təqdim edilmiş “Apple Watch 7” smart saatı bədən temperaturunun ölçülməsi texnologiyasını əldə etməli idi. Lakin “Apple” texniki problemlər səbəbilə bu ideyanın da gerçəkləşdirilməsini təxirə salıb.

Məhsulun 2023-cü ildə satışa çıxacağı proqnozlaşdırılır.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM