05 Iyun 2014 09:06
265
Səhiyyə
A- A+

Həkimlər “Wikipedia”da tibbi sahə ilə bağlı məqalələri oxumağı qadağan ediblər

Dünyanın ən böyük onlayn-ensiklopediyası olan “Wikipedia”da sağlamlıqla bağlı məqalələrin 90%-i etibarlı deyil. Bunu "Journal of the American Osteopathic Association” jurnalında dərc olunmuş tədqiqatların nəticələri göstərib. Həkimlərin ən böyük şəbəkəsi olan Doctors Lounge-un qeyd etdiyinə görə, amerikalı alimlər 10 xəstəlik – astma, depressiya, ağ ciyər xərçəngi, şəkər, ürək, osteoartrit, bel nahiyəsi və digər problemlər üzrə məlumatları tutuşdurublar. Nəticədə məqalələrin əksəriyyətində ciddi səhvlərə yol verildiyi aşkar olunub.

 

Mütəxəssislərin sözlərinə görə, prinsip etibarilə, insanın öz xəstəliyi ilə bağlı daha çox məlumat almaq istəməsi təbii haldır. Lakin Valleys Osteopatik Tibb məktəbinin mütəxəssisi Robert Hasti “Wikipedia”dakı məqalələrin peşəkarların ciddi nəzarəti altında yoxlanılmadığını deyib.

 

Bəzi həkimlər isə ümumiyyətlə, İnterneti tibbin təhlükəli düşməni hesab edirlər. Dünyada hər-hansısa bir xəstəliklə bağlı simptomların axtarışı və hətta özünümüalicə üçün şəbəkəyə müraciət edənlərin sayı getdikcə artmaqdadır. İpoxondriklərin (bir və ya bir neçə xəstəliyə tutulmaq ehtimalından daim narahat olan insan) bu yeni nəsli mütəxəssislərdən daha çox İnternet-forumlara etibar edir ki, bu da həkimlərin işini çətinləşdirir.

 

Həkimlərin sorğularına görə, əksər pasiyentlər özlərini tibb sahəsində ekspert hesab edir. Həkimlərin 50%-i etiraf edib ki, İnternetin sayəsində onların xəstələrlə münasibətləri daha da çətinləşib. 90%-i isə pasiyentlərin öz simptomlarını şəbəkədəki məlumatlarla tutuşduraraq səhhətlərinin daha acınacaqlı vəziyyətdə olduğunu düşünməyə meylli olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video