01 Aprel 2012 12:04
515
Oxucu məktubları
A- A+

Hədiyyənin ən qiymətlisi

 

Hər bir xalqın mənəvi dəyərləri onun genetik yaddaşı, adət və ənənələri, elmi və dilinin  zənginliyi ilə vəhdət təşkil edir. Bu baxımdan xalqımızın qərinələrin yaddaşından süzülüb gələn inkişaf tarixi vardır. Hələ 800 il bundan qabaq dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi demişdir: "Elmlə, hünərlə, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz". Şabranlıların elmə,  kitaba  olan marağının kökündə də elə bu bağlılıq aydın hiss olunur. Rayon ziyalıları əlaqədar təşkilatlara Kitab evinin yaradılması ilə bağlı müraciət etdilər. Rayon icra hakimiyyəti də bu nəcib təşəbbüsü dəstəklədi. Qısa bir müddətdə rayonda yeni Kitab evi inşa edilib ziyalıların istifadəsinə verildi. Açılış mərasimində dövlət başçısı da iştirak etdi.

Bu gün Kitab evi şabranlıların ən çox ziyarət etdikləri yerlərdən biridir. Bura kitab həvəskarları ilə yanaşı, müxtəlif peşə sahibləri, məktəbli və tələbələr də üz tuturlar. Yeni istifadəyə verilən Kitab evini biz şabranlılar dövlətimizin ən gözəl töhfəsi kimi dəyərləndiririk.

 

Bahar İBRAHIİMOVA,

Şabran rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video