10:28 11 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


00:37 11.04.2021

Xalqın sevdiyi rəhbər


00:33 11.04.2021

Qürur doğuran 3 il


00:23 11.04.2021

Uğurlarımızın memarı


00:22 11.04.2021

Zəfər sərkərdəsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hədəf daxili tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməkdir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:35 08.04.2021

 

Bunun səmərəli yolu isə məhsuldarlığın artırılmasıdır

 

Dövlətin aqrar sektorun inkişafına xüsusi diqqət yetirməsinin ölkədə ərzaq təhlükəsizliyinin təminatına xidmək etməklə yanaşı, bir sıra digər səbəbləri də var.

Onların sırasında ən başlıcası odur ki, kənd təsərrüfatı iqtisadiyyatın bir çox sahələrinin tərəqqisində aparıcı əhəmiyyətə malikdir, başqa sözlə desək, lokomotiv rolunu oynayır.

Məsələn, aqrar sahə emal, yüngül və toxuculuq sənayelərinin xammal bazasıdır. Bu sektorun inkişafı isə ölkə iqtisadiyyatını gücləndirməkdən əlavə, geniş bir coğrafiyada insanların sosial rifahının yaxşılaşmasına, o cümlədən məşğulluğun artmasına təkan verir.

Kənd təsərrüfatının mühüm sahələrindən biri heyvandarlıqdır. Əhalinin ət və süd məhsulları ilə təminatı məhz bu sahənin inkişafı ilə bağlıdır. Məlumdur ki, uzun illər ərazilərimizin məlum hissəsinin işğal altında olması, həmçinin daha məhsuldar cins mal-qaradan istifadə edilməməsi səbəbindən ölkədə ət və süd məhsullarına tələbat yerli istehsal hesabına tam ödənilmir.

Bu üzdən son dövrlər dövlət heyvandarlığın inkişafı üçün bir sıra əməli addımlar atıb. İlk növbədə xaricdən daha məhsuldar damazlıq cins mal-qaranın gətirilməsi və fermerlərə güzəştli qiymətlərlə satılması sayəsində bu sahədə ciddi dönüş yaranıb. Eləcə də fermerlərin məhsuldarlığı yüksək olan cins mal-qaradan səmərəli istifadəsi üçün damazlıq təsərrüfatları yaradılıb.

Son zamanlar Salyan rayonunda da mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Bu məqsədlə xarici ölkələrdən çox sayda ətlik və südlük düyələr gətirilib, süni mayalanma məntəqələri şəbəkəsi genişləndirilib. Həmin məntəqələrdə süni mayalanma yolu ilə əldə edilən hər buzov üçün dövlət tərəfindən 100 manat subsidiyanın verilməsi fermerlərdə heyvandarlığın inkişafına marağı artırıb. Ötən il rayondakı məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılan 6 min 237 baş inək və düyədən cari ilin yanvar-fevral aylarında 755 baş buzov alınıb. Fermerlərə doğulan buzovlara görə ümumilikdə 75 min 500 manat subsidiya ödənilib. Dövlətin göstərdiyi qayğı sayəsində hazırda Salyanın heyvandarlıq təsərrüfatlarında 63,3 min başdan çox  qaramal saxlanılır ki, onların da 75 faizi süni mayalanma yolu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.

Ağsuda da heyvandarlığın inkişafına maraq artıb. Cari ilin birinci rübündə rayonda diri çəkidə ət istehsalı 1228 ton olub. Bu göstərici keçən ilin müvafiq dövründəkindən 15 ton çoxdur. Cari ilin əvvəlindən süd və yumurta istehsalında da artım müşahidə edilib. 3 ayda süd istehsalı 131 min ton artaraq 7125 tona çatıb.

Şəkidə isə şəxsi və fermer təsərrüfatlarında qoyunçuluğun inkişafı sürətlənib. Hazırda rayonun mövcud təsərrüfatlarında 302,2 min baş davarın 175,6 min başını ana qoyun və keçilər təşkil edir. 47,2 min baş davarın qışlama dövründə otarılması üçün qış otlaqlarından istifadə edilir. Qalan heyvanlar isə kəndətrafı örüş sahələrində və dağətəyi ərazilərdə otarılır.

Rayonda heyvandarlığın inkişafı üçün yem bazasının yaradılmasına da diqqət yetirilir. Heyvanların qışlamadan salamat və gümrah çıxması, həmçinin döl kampaniyasının uğurla başa çatması üçün yataqlarda qaba və qüvvəli yem tədarük olunur. Bu məqsədlə 340 hektarda xəsil arpa səpini də aparılıb.

Ölkədə dövlət baytarlıq üzrə kadrların hazırlanması və bu sahədə elmi potensialdan səmərəli istifadə edilməsinə də diqqət artıb. Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Firat Universiteti arasında protokolun imzalanması məhz bu məqsədə xidmət edir. İmzalanma zamanı universitetlərarası tərəfdaşlığın istiqamətləri müəyyənləşdirilib. Belə ki, Azərbaycan Dövlət Aqrar Universiteti və Fırat Universiteti baytarlıq, mühəndislik və balıqçılıq ixtisasları üzrə ikili diplomların tətbiqi məsələsini müzakirə edərək razılığa gəliblər. Qeyd edək ki, Fırat Universiteti Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindəndir. Universitetin Baytarlıq fakültəsi təhsilin keyfiyyətinə görə reytinq cədvəlində ölkə üzrə ikinci yerdədir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM