08:27 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Heç kəs öz ayranına turş demirsə...

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:21 06.07.2021

 

...Bu, gerçəkdə turş və dadsız ayranın olmadığına dəlalət etmir

 

Əvvəlcə, yazının sərlövhəsinə münasibətimi bildirim.

Bəli, heç kəs öz ayranına turş demir!

Amma gerçək həyatda istənilən qədər turş və dadsız ayran var!

Həm də alıcı (bu halda oxucu) ayranı alıb onun dadsız olduğunu görəndə ikinci dəfə almır!

Belədə isə satılmayan ayran qalaraq turşuyur.

İndi istəyirsən onun adını ayran yox, sayt, qəzet, telekanal, nə bilim, nə qoy!

Fakt odur ki, heç zaman nöqsanı özümüzdə görmürük!

Özümüzü ideal sayaraq təqsirkarı kənarda axtarırıq!

***

Azərbaycanda həqiqi mətbuat və söz azadlığı var!

Bunu hər birimiz gözəl bilirik və gündəlik həyatımızda da şahidik!

Əvvəla, mətbuata senzura nəzarəti hələ çox-çox illər qabaq - 6 avqust 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən ləğv edilib!

İkincisi, mətbuatda deyilən sözə, söylənilən fikrə (təhqirə demirəm, ha!) görə heç kəsə cəza verilmir!

Üçüncüsü, jurnalist istədiyi mövzuda, istədiyi məsələ barədə, istədiyi obyektdən yazmaqda tam sərbəstdir, gördüyü nöqsanları da qorxmadan, çəkinmədən tənqid edə bilir.

Dördüncüsü, hər bir Azərbaycan vətəndaşı istədiyi vaxt qəzet aça, sayt yarada bilir, bunu üçün Ədliyyə Nazirliyinə ərizə ilə müraciət etmək və bir həftədən sonra işə başlamaq lazımdır.

Bütün bürokratik əngəllər çoxdan aradan qaldırılıb.

Beşincisi, əgər ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidirsə və sosial şəbəkədə hüdudsuz söz azadlığı (hətta hərdən söz azğınlığı) baş alıb gedirsə, bunun özü də deyilənlərə ən yaxşı sübutdur!

Ən nəhayət, dövlət başçısı cənab İlham Əliyev jurnalistlərin əsl dostudur və biz jurnalistlər onu bu ada dəfələrlə, gizli səsvermə yolu ilə layiq bilmişik.

Özü də Prezidentimizin mətbuat və söz azadlığına, jurnalistlərə verdiyi dəstəyə, göstərdiyi qayğısına görə!

Çünki cənab İlham Əliyev mətbuata və mətbuat işçilərinə dünyanın heç yerində olmayan, məhz Azərbaycana xas xüsusi qayğı və diqqətlə yanaşır!

***

Demokratik dünya KİV-lərin dövlət tərəfindən maliyyələşdirilməsini qəbul etmir!

Bu halda belə hesab edirlər ki, dövlətdən vəsait alan KİV-lər sərbəst olmurlar, dövlətdən asılı vəziyyətə düşürlər və obyektivliklərinə xələl gəlir.

Dövlət başçısı cənab İlham Əliyev beynəlxalq aləmin müəyyən etdiyi bu prinsipə xələl gətirmədən Azərbaycanda mətbuat və söz azadlığına dövlət qayğısının yeni, orijinal və səmərəli formasını yaratdı!

Bunun üçün əvvəlcə, KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası hazırlandı.

Sonra bu Konsepsiyanı reallaşdıracaq yeni qurum - KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.

Konsepsiyanın mahiyyətində media subyektinin - qəzetin, saytın, informasiya agentliyinin yaradıcılıq işinə qarışmadan, onlara iradə diktə etmədən dövlətimizin milli maraqlardan irəli gələn bir sıra mövzuların mütəmadi şəkildə mətbuatda işıqlandırılmasını görmək istəyi dayanır.

Bu mövzu və məsələlər on doqquz istiqamətdə ümumiləşdirilib! (Xırdalamıram, arzu edənlər sənədlə tanış ola bilərlər).

Seçilmiş mövzu üzrə qəzet, sayt layihə hazırlayır və onun öz layihəsini gerçəkləşdirməsinə dövlət qrant şəkildə yardım göstərir.

Beləliklə, Azərbaycanda azad mətbuatla dövlətin marağı uzlaşmış olur.

Bu funksiyanı əvvəlcə KİV DDF yerinə yetirirdi.

İndi isə aşkara çıxarılan nöqsanları aradan qaldırmaq, ölkədə mətbuat və söz azadlığına qayğını yeni, daha yüksək müstəvidə davam etdirmək, jurnalistlərin sosial durumunu yüksəltmək üçün KİV DDF ləğv edilərək əvəzində MEDİA İnkişaf Ağentliyi (MEDİA İA) yaradılıb. 

COVID-19-un davam etdiyi, uzun müddət sərt qapanma şəraitində işləməyimiz təkcə bizim yox, MEDİA-nın da öz imkanlarından daha geniş, daha rəngarəng formada istifadə etməyə, daha fəal çalışmağa müəyyən mənfi təsirini göstərib.

Amma bütün çətinliklərə baxmayaraq, bu yeni qurum son dövrlərdəki nisbi boşalmadan istifadə edərək fəallığını xeyli artırıb, təşkilatlanma mərhələsini arxada qoyaraq keçirdiyi müsabiqələrin ilk nəticələrini elan edib.

Böyük zəhmət bahasına başa gələn bu işi “oyundankənar”  vəziyyətdə qalanlar gözdənsalma kampaniyasına başlayıblar!

Narazıların səsi razıların minnətdarlıq sözlərini az qala eşidilməz edir!

Anlamaq olmur!

Əgər hər kəs öz işinə özü qiymət verəcəkdisə, onda bu qurum, münsiflər  heyəti, təcrübəli media ekspertləri nəyə gərək idi?!

Mən də qəbul edirəm ki, ideal qiymətləndirmə yoxdur!

Hətta açıq söyləyirəm, dəfələrlə Mətbuat Şurasının “Qara sıyahı”sına düşən “reket qəzet”lərdən birinin saytının qaliblər siyahısında olması da birmənalı qarşılanmır.

Görüşəndə həmkarlarıma təcrübəli jurnalist kimi iradımı söyləyəcəm.

Qəbul etsələr də, etməsələr də!

Ancaq biz niyə öz fikrimizi, dediyimizi mütləq həqiqət hesab edərək hamıya qəbul etdirməyə çalışmalıyıq?!

Bu nə mövqe, bu nə hikkədir!

Tutaq ki, müsabiqə ideal şəkildə baş tutmayıb!

Bəyəm sizin saytlar, sizin qəzetlər, nəzərdən keçirilən yazılarınız idealdır!

Yenə ayran məsələsi yada düşür!

Əvvəlcə, dövlətə öz büdcəsindən vəsait ayırdığına, mətbuata qayğını daim diqqətdə saxladığına görə bir minnətdarlıq edərlər!

Sonra bu işi təşkil edənlərə, zəhmət çəkib hasilə gətirənlərə bir “sağ ol” deyərlər!

Ən nəhayət, irad və narazılıq bildirmənin də bir həddi, qaydası olar!

Yerindən qalxan özünü “peşəkar jurnalist” hesab edir!

Hərə öz saytını, qəzetini göylərə qaldırır, müxtəlif “sübutlarla” “ən yaxşısı” olduğunu söyləyir və hətta “əsaslandırmağa” çalışır.

Hərə öz yazdığının “şedevr” olması iddiasındadır!

Kimin özü haqqında nə düşünməsindən asılı olmayaraq, bu sahədə illərlə külüng çalmış həqiqi jurnalistlər kimin kim olduğunu, adi yazı ilə “şedevr”i çox yaxşı və asanlıqla ayırd edirlər!

***

Bu gün özünü “peşəkar jurnalist” sayanların əksəriyyəti jurnalistikada peşəkarlıq nədir və o səviyyəyə yüksəlməyin yolları barədə aydın təsəvvürə belə malik deyildir. Belələrinin “peşəkarlığı” yazılarına mahiyyətdənkənar, “sensasiyalı” sərlövhələr qoymaq, müsahibinin dilindən “cilalanmamış” bir söz tutaraq yazını onun üzərində qurmaqla boş hay-küy yaratmaq, qurdalayaraq sözdən söz çıxarmaq və sözün çürüyünü çıxarmaqdan ibarətdir!

Müsahibinə hörmət qoymayan, onun ürək qızdıraraq dediyi sözün başına ip salıb hallandıran, yeganə məqsədi “stəkanda fırtına” yaratmaq olan qələm yiyəsinə necə “peşəkar jurnalist” demək olar?

Lap qısa desək:

Jurnalistika ictimai - siyasi fəaliyyət sahəsidir.

Bu sahə ilə məşğul olanlar, adətən, jurnalistlər olurlar.

“Jurnalist” adı isə bu sahədə müvafiq təhsil alanlara, onun nəzəriyyəsi və praktikası ilə məşğul olub müvafiq biliyə sahiblənənlərə, həm də Dövlət İmtahan Komissiyası sədrinin imzası ilə ali təhsil müəssisəsi tərəfindən diplom şəklində təsdiqlənmiş qaydada verilir.

Redaksiyadaxili əmrlə jurnalist adı v

erilmir, vəzifə verilir!

Mirzə Cəlil demişkən, əgər kimsə özü-özünə jurnalist deyirsə, bu heç də onun jurnalistliyinə dəlalət eləmir!

Kimsə, haradasa işə qəbul edilirsə, bu zaman ona “jurnalist vəzifəsinə götürülmək barədə” əmr və ad verilə bilməz! (Hətta verilsə belə, əsassızdır).

Başqa sahədən jurnalistikaya gələnlər müxbir, şöbə müdiri, redaktor və s. vəzifələrdə işləyə bilərlər.

“Jurnalist vəzifəsi”  anlayışı isə yoxdur!

İkinci məqam, kimsə saytının, qəzetinin tərifini göylərə qaldırarkən əvvəlcə bir tirajına, gündəlik giriş sayına, bir də dünyada yayılma arealına obyektiv nəzər salsın.

Süni giriş artımına nail olmaq elə də problem deyil!

Həm də hamımızın bildiyi bir həqiqət də var:

Heç Azərbaycana bu sayda qəzet və sayt da gərək deyil!

44 günlük Zəfər müharibəsi dövründə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdən başqa, heç bir mənəm-mənəm deyən jurnalist, sayt və qəzet informasiya blokadasını yararaq dünya ictimaiyyətinə əsl həqiqətləri çatdıra bilmədi!

Bir-iki çıxış isə “blokada yarmaq” deyil!

Nə qədər acı səslənsə də, başqa bir həqiqət də var: Təhsil aldığı sahədə uğur qazana bilməyənlərin bəziləri özlərini “jurnalistikada” sınamağa can atırlar.

“Reket jurnalistikası”nın yaranma səbəblərindən biri də elə budur!

Müsabiqədə iştirak edənlərin hər biri isə əvvəlcə özünü Leylini dünyanın ən gözəl qızı hesab edən Məcnunun gününə düşməkdən qorusa, yaxşıdır!

Münsiflər qrupu yazılara bir yox, bir neçə aspektdən (janr, sənətkarlıq, dil-üslub, ifadə, yaradıcılıq elementləri prizmasından) yanaşır.

Ayranlar kimi, zövqlər də müxtəlifdir!

Bunu da nəzərə almalıyıq!

Sonda jurnalist həmkarlarıma nə tövsiyə edərdim!

Əvvəla, bir daha əmin olun: dövlətimiz və onun rəhbəri bizim arxamızdadır, daha yaxşı yazmağımızı, yaşamağımızı, həm də Vətənimizin əsl vətənpərvəri olmağımızı istəyir!

Hər il dövlət büdcəsindən ayrılan elə də az olmayan vəsait isə “artıq”, gərəksiz pul deyil!

Min dərdi var!

Xüsusən də Qarabağımızın dirçəldildiyi bir dövrdə!

Bunu da qiymətləndirməyi bacarın!

İkincisi, olanı dəyərləndirməyi, təşəkkür etməyi, irad və narazılığı isə daha sivil, alicənab formada ifadə etməyi də öyrənməliyik!

Axı biz jurnalistlərik!

Həm də nöqsan saydığımızı aradan qaldırmaq, daha yaxşı, dürüst və obyektiv nəticəyə nail olmaqdan ötrü əməkdaşlıq etməyə, kömək göstərməyə çalışmaq lazımdır, yersiz qarşıdurmaya getməyə yox!

Mətbuatımızın ənənə və prinsiplərini yaşatmağı, hadisələrə korifey jurnalistlərimiz kimi, milli maraqlar baxımından yanaşmağı da öyrənməliyik!

Ən nəhayət, bu, MEDİA-nın  ilk işidir!

Onlara uğur diləyib əlimizdən gələn köməyi də göstərməliyik!

Bu yol bizi istəyimizə daha tez çatdırar. 

 

Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM