16 Noyabr 2011 03:11
430
CƏMİYYƏT
A- A+

Havalar soyuq keçsə də...

 

Neçə gündür ki, Daşkəsəndə hər yan ağ örpəyə bürünüb. Bir çox yerlərdə qar dizdən yuxarıdır. Vəziyyətin nizamlanması üçün rayonda operativ qərargah yaradılıb. Odur ki, hər yanda iş ahəngdar gedir. Ardıcıl surətdə görülən operativ tədbirlər sayəsində istilik sistemi, qaz, işıq və su təchizatı, rabitə xidməti sahəsində hələlik elə bir ciddi problem yaranmamışdır.

Qış aylarında dağlar diyarının ən əsas qayğısı yol təsərrüfatı ilə bağlıdır. Bu məqsədlə hələ yay aylarında sistemli surətdə xeyli iş görülmüş, mərkəzi küçələrə asfalt  döşənmiş, qəsəbə və kəndlərin yolları sahmana salınmış, qəza ehtimalı olan yerlərdə keçidlər düzəldilmiş, istinad divarları tikilmişdir.

22 saylı yol istismar idarəsinin rəisi Nəriman Süleymanov operativ qərargahın toplantısında bildirmişdir ki, qışa hazırlıqla əlaqədar yay aylarında 240 ton qum, 120 ton duz tədarük edilərək gərginlik ehtimalı olan bölgələrə daşınmışdır. Hazırda rayonun qəsəbə və kənd yollarında xeyli yük maşını, traktor, ekskovator, buldozer, avtoqreyder və digər texnika çalışır. Prezident İlham Əliyevin göstərişi ilə yenidən qurulmuş Gəncə-Daşkəsən-Xoşbulaq yolu daim diqqət mərkəzindədir. Ona görə də gecə-gündüz gediş-gəlişdə çətinlik yoxdur. Ucqar bölgələrdə - Zağalı, Zilvan, Qabaqtəpə yollarında da elə bir ciddi problem yaranmamışdır.  Bir sözlə, havalar soyuq keçsə də, Daşkəsəndə həyat öz təbii axarındadır.

 

Əhməd İSAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video