15:26 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hande HARMANCI: “Son bir həftədə Azərbaycanda COVID-19-a yoluxma halları 72 faiz artıb”

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:26 12.08.2021

 

“Əgər çox sayda vətəndaş koronavirusa yoluxub xəstələnərsə, xəstəxanaya yatma halları artarsa, səhiyyə müəssisələri dolarsa, hökumətlərin sərt karantin tədbirlərini tətbiq etməkdən başqa çarəsi qalmır. Yoluxma sürətini azaltmağın ən təsirli yolu insanların bir araya gəlməsini mümkün qədər azaltmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olaraq profilaktik tədbirlərlə - ara məsafəsinin qorunması, əl gigiyenasına əməl edilməsi, respirator gigiyenaya riayət olunması və vaksinasiyadan keçmənin birgə tətbiqinin tərəfdarıyıq”.

AZƏRTAC xəbər verir ki, bunu ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

H.Harmancı bildirib ki, son bir həftədə Türkiyədə yeni yoluxma halları 53, Gürcüstanda 27, İsraildə 40, Azərbaycanda isə 72 faiz artıb. Həmin ölkələrdə ölüm sayında da 50 faiz artım qeydə alınıb: “Bu, sadalanan ölkələrdə, o cümlədən Avropanın digər ölkələrində də pandemiyanın şiddətləndiyini göstərir. Müşahidə etdik ki, sərhədləri bağlayaraq xəstəliyin ölkəyə girməsini əngəlləmək mümkün deyil. Lakin bir sıra ölkələr mümkün olduğu qədər koronavirusun xaricdən idxal olunmasının qarşısını almağa çalışırlar. Azərbaycan da həmin ölkələrdəndir. Hazırda ölkəyə giriş üçün vaksin pasportu və PZR testinin neqativ nəticəsi tələb olunur. Sərhədlərin nəzarət altında saxlanılması hökumətlərin verəcəyi strateji qərardır. Bizim üçün önəmli olan isə insanların profilaktik qaydalara əməl etməsi və yoluxanların təmaslarını erkən aşkarlamaqdır”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM