18 Noyabr 2021 11:10
995
Səhiyyə
A- A+

Hande Harmancı: Azərbaycanda təcili tibbi yardım xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq başlıca məqsədlərdəndir

 

Türkiyənin təcili tibbi yardım xidməti sahəsindəki təcrübələri pilot olaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında tətbiq ediləcək. Türkiyə təcilli tibbi yardım təcrübəsinin həmin xəstəxanada sınaq mərhələsinə artıq başlanılıb. Burada məqsəd Azərbaycandakı təcili və təxirəsalınmaz yardım xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, həmçinin coğrafi və digər faktorlar da nəzərə alınmaqla, Türkiyə təcrübəsinin Azərbaycana uyğun modelini hazırlamaqdır.

AZƏRTAC xəbər verir ki, bunu təcili yardım xidmətləri mövzusunda keçirilən mini simpoziumda çıxışı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Təcili tibbi yardım xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasının ÜST-nin prioriteti olduğunu vurğulayan H.Harmancı bildirib ki, Türkiyə sadəcə örnəkdir: “Yəni, Türkiyə təcrübəsinin Azərbaycanda olduğu kimi deyil, sadəcə ölkəyə uyğun formatda tətbiqi planlaşdırılıb. Həmçinin ölkədəki təcili tibbi yardım xidməti üzrə biliklərin təkmilləşdirilməsi üçün Azərbaycan Tibb Universiteti və tibb kollecləri ilə əlaqələrin genişləndirilməsi də vacibdir. Təcili tibbi yardım üzrə ixtisaslaşmış tibb işçilərinin yetişdirilməsi vacib faktordur. Bu, tibb təhsili verən müəssisələrlə əməkdaşlıq əlaqələrinin artırılmasını zəruri edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video