06:49 29 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
01:04 29.07.2021

Möhtəşəm ittifaq


00:52 29.07.2021

“Adını mən verdim...”


00:49 29.07.2021

Fitnəkarlıq çox çəkməz


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hamilələrin və süd verən anaların peyvənd vurulması tövsiyə olunmur
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:01 18.06.2021

 

Ana olmaq hər bir qadının arzusu olsa da, yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə hamiləlik yaşayanlar peyvəndlə əlaqədar müəyyən tərəddüd hissi keçirirlər.

AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayevanın verdiyi məlumata görə, hamilə qadınlar müəyyən şərtlər daxilində peyvənd oluna bilərlər: “Risk qrupuna daxil olan hamilələrdə, yəni, virus infeksiyasına yoluxacağı təqdirdə xəstəliyi ağır keçirmə və ciddi patologiya ilə üzləşmə ehtimalı varsa, onlar peyvəndlənə bilərlər. Yanaşı xroniki xəstəliyi olanlara isə peyvənd vurdurmaq məsləhət görülmür. Lakin peyvənd edilmək hamiləliyi planlaşdıranlar üçün əks göstəriş deyil, yəni, hamilə olmağı planlaşdıranlar da peyvənd vurdura bilərlər. Peyvənd olunandan bir ay sonra gələcək anaların hamilə qalmağı daha yaxşı olardı. Ancaq bu müddət heç də mütləq deyil və heç də o demək deyil ki, həmin bir ay ərzində qadın hamilə qalarsa, bu, fəsad törədə bilər və yaxud da hamiləliyi ləğv etmək lazımdır”.

Həkim-infeksionist onu da deyib ki, hamiləlikdən əvvəl infeksiyalara qarşı immunitet yoxlanılması daha yaxşı olardı. Bu, ana olmaq istəyənlər üçün məxmərək, tetanus, difteriya, göyöskürək kimi xəstəliklərdən sığorta olunmaq üçündür. Hamilə və süd verən anaların peyvənd edilməsinin göstəriş və əks göstərişləri mütləq şəkildə elmi məlumatlara və istehsalçı şirkətin tövsiyələrinə əsaslanmalıdır.

“Hazırda Azərbaycanda tətbiq edilən peyvəndlərin istehsalçısı olan şirkətlər də bildirirlər ki, hamilə və süd verən analara peyvənd vurulması tövsiyə olunmur. Bu, hansısa ciddi patologiya törədə biləcəyi üçün deyil, COVID-19 əleyhinə peyvəndlərin hamilələrdə səmərəsini yoxlamaqdan ötrü çox az qrup üzərində sınaqdan keçirildiyi üçün məsləhət görülmür”, - deyə həkim-infeksionist bildirib.

Hamilə qadınların peyvənd edilməsi məsələsində ehtimal olunan risk ciddi dəyərləndirilməlidir. Bundan başqa, mütəxəssislər ana olmağı planlaşdırmazdan əvvəl vaksin vurdurmağı məqsədəuyğun hesab edirlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM