16 Avqust 2021 17:54
650
DÜNYA
A- A+

Haitidə zəlzələ qurbanlarının sayı 1297 nəfərə çatıb

 

Hitidə baş vermiş 7,2 ballıq zəlzələ qurbanlarının sayı dünən günortaya olan məlumata görə, 1297 nəfərə çatmışdır. 5700 nəfərdən çox adam yaralanmışdır. Bu barədə Haitinin Mülki Müdafiə İdarəsindən məlumat verilir. 
Yeraltı təkanlar ölkədə böyük dağıntılar törətmişdir. Hazırda təbii fəlakət rayonunda axtarış-xilasetmə işləri davam edir. Haiti hökuməti zəlzələnin fəsadlarının aradan qaldırılmasında kömək üçün beynəlxalq birliyə müraciət etmişdir. 
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Sen-Jan-Dü-Sud şəhərindən 12 kilometr şimal-şərqdə qeydə alınmışdır. Yeraltı təkanlar Haitinin paytaxtı Port-o-Prensdə də hiss edilmişdir. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olmuşdur.
Haitinin baş naziri Ariel Anri ölkədə bir ay müddətinə fövqəladə vəziyyət rejimi elan etmişdir.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video