07 Sentyabr 2021 13:39
659
DÜNYA
A- A+

Gürcüstanda koronavirusun 5-ci dalğası gözlənilir

 

"Gürcüstanda koronavirusun 5-ci dalğası gözlənilir. Amma düşünürəm ki, bu dalğa 3-cü və 4-cü dalğalar kimi ağır olmayacaq".

AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru, baş infeksionist Tengiz Tsertsivadze məlumat verib.

Onun sözlərinə görə, ölkə epidemiyanın ən çətin günlərini artıq geridə qoyub.

"Bununla belə, təhlükə hər zaman var və arxayınlasmaq olmaz. Tibbi maskadan maksimum dərəcədə istifadə etmək və vaksinasiya olunmaq vacibdir", - deyə baş infeksionist vurğulayıb.

Qeyd edək ki, son sutkada Gürcüstanda daha 1965 nəfər koronavirusa yoluxub, 3996 nəfər sağalıb, 50 nəfər isə ölüb.

Bununla da, ölkədə koronavirusa yoluxanların ümumi sayı 567 min 933-yə, sagalanların sayı 523 min 669-a, pandemiya qurbanlarının sayı isə 7 min 917-yə çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video