03 Noyabr 2011 07:11
420
İQTİSADİYYAT
A- A+

«Günəşli» yatağının elektrik təchizatının etibarlılığı təmin olunur

 

"Günəşli" yatağındakı 2 saylı dərin dəniz özülündə yerləşən 35/6 KV-luq alçaldıcı transformator yarımstansiyasında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır.

Qeyd edək ki, yarımstansiya "Neft Daşları"ndakı Qazturbinli Elektrik Stansiyasından (QTES-48) 35 KV-luq sualtı kabellə ötürülən elektrik enerjisini 35 KV-luq gərginlikdən 6 KV-luq gərginliyə çevirərək 6 KV-luq sualtı kabellər vasitəsilə "Günəşli" yatağındakı özüllərə ötürülməsini təmin edir. Uzun müddət istismarda olan 35/6 KV-luq alçaldıcı transformator yarımstansiyasında elektrik avadanlıqlarının fiziki cəhətdən köhnəlməsi ilə əlaqədar burada 10 MVA gücündə 35/6 KV-luq 2 güc transformatoru əsaslı təmir olunmuş, yarımstansiyanın paylayıcı qurğularında istismar edilən 35 və 6 KV-luq elektrik avadanlıqları yenisi ilə əvəz olunmuşdur. Nəticədə 2 saylı özüldə xeyli sahə istifadə üçün azad edilmişdir ki, bu da hasilatın artırılmasına, iş şəraitinin yaxşılaşdırılması məqsədilə texnoloji qurğuların yerləşdirilməsinə imkan verəcək.

Bundan əlavə, yenidən quraşdırılmış elektrik qurğu və avadanlıqları müasir tələblərə uyğun avtomatik idarəetmə sistemi ilə təchiz edilmişdir. Eləcə də "Neft Daşları" ilə "Günəşli" yataqları arasında istismar müddətini başa vurmaqda olan sualtı kabel xəttinin işinin etibarlı təmin olunması üçün yeni - 3-cü sualtı kabel xəttinin çəkilişi nəzərdə tutulmuşdur. Yarımstansiya istifadəyə verildikdən sonra "Günəşli" yatağındakı istismar özüllərində elektrik təchizatının daha 25 il müddətinə etibarlı və dayanıqlı təminatına imkan yaranacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video