21 Noyabr 2021 00:27
1666
Səhiyyə
A- A+

Gündə bir siqaret çəkmək də ölümə aparır

 

Britaniya Tibbi Jurnalının (British Medical Journal) araşdırmasının nəticələri ortaya qoyub ki, insanlar ürək xəstəliyi və ya insult riskini əhəmiyyətli dərəcədə azaltmaq üçün çəkdikləri siqaretlərin miqdarını azaltmaq əvəzinə siqaretdən tamamilə imtina etməlidirlər. 141 ayrı elmi araşdırmanı nəzərdən keçirən alimlər bildiriblər ki, gündə bir dənə siqaret çəkənlərdə ürək xəstəliyi riski siqaret çəkməyənlərlə müqayisədə 50 faiz, insult riski isə 30 faiz daha yüksəkdir.

Siqaret çəkməyin ən riskli ölümcül nəticəsi xərcəng yox, ürək-damar xəstəlikləridir. Bu, siqaret çəkməkdən nəticələnən erkən ölümlərin 48 faizini təşkil edir.

Alimlər deyirlər ki, gündə bir ədəd siqaret çəkən kişilərdə ürək-damar xəstəliklərinin yaranması riski siqaret çəkməyən kişilərlə müqayisədə 48,  insult keçirməyin riski isə 25 faiz daha yüksəkdir.

Qadınlar üçün isə eyni halda ürək-damar xəstəliklərinin yaranma riski 57, insult riskinin isə 31 faiz daha yüksək olduğu qeyd edilir.

Tədqiqatçılar bildirirlər ki, ağciyər xərçəngində olduğu kimi, digər xəstəliklərin riskinin də çəkilən siqaretlərin miqdarına uyğun olaraq proporsional şəkildə azalması gözlənilsə də, nəticələr bunun doğru olmadığını göstərir.

Bir neçə il siqaret çəkmək ömür boyu ürək-damar xəstəliklərinin yaranması riskini kəskin şəkildə artıra bilər. Məlum olub ki, nikotinə asılılıq insanları siqaret çəkməyə davam etdirir, lakin əsas ziyanı vuran siqaret tüstüsündəki qətrandır.

Mütəxəssislər onu da vurğulayırlar ki, siqareti tamamilə buraxanlar tezliklə sağlamlıqlarını bərpa edib ürək xəstəlikləri riskini azalda bilərlər.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video