14 Oktyabr 2021 19:23
242
Mədəniyyət
A- A+

GUAM çərçivəsində əməkdaşlığın əsas istiqamətləri və perspektivləri barədə müzakirələr aparılıb  

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 14-də Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə regional təşkilat olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) çərçivəsində əməkdaşlığın əsas istiqamətləri və perspektivləri barədə müzakirələr aparılıb, fəal əməkdaşlıq əlaqələrinin qurulması, birgə fəaliyyətin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib.

Təşkilatın əhatə coğrafiyasına görə geostrateji önəmini qeyd edən Anar Kərimov GUAM-ın dayanıqlı sülhün və regional əməkdaşlığın inkişafı üçün, eləcə də Şərq və Qərb arasında bağlılıq, kommunikasiya baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb.

Nzir təşkilatın həmçinin mədəniyyət dəhlizi rolunu oynadığını, quruma üzv ölkələr arasında əməkdaşlığın layihəyönümlü fəaliyyət istiqamətini gücləndirməklə daha da inkişaf edəcəyini deyib. Nazir Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini və mədəniyyət sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Qəbula görə təşəkkürünü bildirən Altay Əfəndiyev GUAM Katibliyinin üzv dövlətlərlə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün hər zaman dəstək göstərdiyini vurğulayıb. Təşkilata daxil olan ölkələrin ümumi maraqları çərçivəsində uğurlu nəticələr əldə etməsi üçün daha aktiv əməkdaşlığın vacibliyi qeyd olunub.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video