12 Iyun 2021 13:48
589
İDMAN
A- A+

“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ABŞ təmsilçiləri ilə mübarizə aparacaq  

İyunun 12-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin yeddinci turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda şahmatçılarımız Ş.Məmmədyarov ABŞ təmsilçisi Fabiano Karuana, Teymur Rəcəbov isə onun həmyerlisi Uesli So ilə üz-üzə gələcəklər.

Turun digər oyunlarında Rumıniya təmsilçisi Konstantin Lupulesku həmyerlisi Boqdan-Daniel Dyak, niderlandlı Aniş Giri fransalı Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk (Rusiya) isə ermənistanlı Levon Aronyan ilə görüşəcəklər.

Qeyd edək ki, Ş.Məmmədyarov 4 xalla turnir cədvəlində A.Qrişukla ilk iki pilləni bölüşür. T.Rəcəbov isə 3 xalla 6-cı yerdədir.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video