08 Dekabr 2011 01:12
802
Oxucu məktubları
A- A+

Gözümün işığını qaytardılar

 

1937-ci ildə Qubadlı rayonunda doğulmuşam. Sumqayıtın yaranışının ilk illərindən taleyimi bu şəhərə bağlayıb, bu şəhərdə yaşamışam, işləmişəm. Günü-gündən böyüyən, inkişaf edən Sumqayıtın hər daşında, hər yerində mənim kimi minlərlə insanın zəhməti, əməyi olub.

İndisə ömrümün ahıl çağlarını yaşayıram. Elə oldu ki, sağlamlığımda müəyyən problemlər yarandı. Bir gözüm təmiz zəiflədi, digərində isə görmə 15 faizə düşdü.

Mənim də vətənə, dövlətə xidmətim boş yerə getmədi. Əmək veteranı kimi ötən ayın əvvəllərində gözlərim yoxlamadan keçirildi. Vəziyyət ürəkaçan olmadığına görə həkimlər tezliklə əməliyyat keçirməyi qərarlaşdırdılar.

Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunun ərazisində yeni poliklinika binasının əsaslı təmirdən sonra açılışı olmuşdu. Bir qədər sonra isə həmin poliklinikada neftçilər xəstəxanasının həkim briqadası  xüsusi aksiya keçirdi. Xeyriyyəçilik tədbirində bir neçə əmək veteranının gözlərində yaranan problemlər cərrahiyyə əməliyyatı vasitəsilə aradan qaldırıldı. Aparılan həmin əməliyyatlar dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğı idi. Çox yerdən əlim üzülüb, ümidim kəsiləndə mənə Vətənim, dövlətim qahmar çıxdı. Təcrübəli həkimlər gözümün işığını qaytardılar. Nəcib və xeyirxah insanların əhatəsində, qayğıkeş ölkədə yaşamaq əsl xoşbəxtlikdir.

 

Raya RZAYEVA,

əmək veteranı,                   

Sumqayıt şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video